Mart və aprel ayında işğal altındakı Qərbi şəriyədə və Qüdsdə İşğalçı İsrail rejim qüvvələri keçirdiyi əməliyyatlarda 905 fələstinlini saxlayıb.
Arannews-Maide.Az istinadla xəbər verir ki,bu haqda Fələstin Azadlıq Təşkilatı (FAT), Fələstinli Əsirlər Heyəti, Fələstin Əsirlər Cəmiyyəti və Damir İnsan Haqları Təşkilatı birgə hesabat açıqlayıb. Məlumata görə, saxlanılan Fələstinlilərdən 133-ü uşaq və 23-ü isə qadındır. Bundan başqa işğalçı rejim mart və aprel ayı ərzində 112 fələstinlini “idari həbs” cəzası ilə cəzalandırıb. Hesabatda hazırda İşğalçı İsrail rejim həbsxanalarında 5 min 700 fələsitnin həbsdə saxlanıldığı bildirilir. Onlardan 250-nin uşaq və 45-nin isə qadın olduğu qeyd edilir.