Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələrinin snayper birliyi aprel ayında Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinə qarşı müxtəlif cəbhələrdə apardığı əməliyyatların hesabatını təqdim edib.
Arannews-“Ansarollah” xəbər verir ki, yəmənli snayperlər tərəfindən öldürülənlər arasında 3 səudiyyəli və 5 sudanlı əsgərin də olduğu qeyd olunan hesabatda, 169 muzdlu döyüşçünün də yəmənli snayperlərin nişanına tuş gələrək, zərərsizləşdirildiyi bildirilib.