Tarix : 2019 May 15
Kod 58171

Putin və Pompeo İranın nüvə sazişini müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Mayk Pompeo Soçidə keçirilən görüş zamanı İranın nüvə sazişi ətrafında yaranan vəziyyəti müzakirə ediblər.

Arannews-RİA "Novosti" xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.Amerika xarici siyasət idarəsinin rəhbəri mayın 14-də ilk dəfə Rusiyaya səfər edib. O həmçinin rusiyalı həmkarı Sergey Lavrovla da görüşüb."Biz Amerika administrasiyasının hərəkətlərinə qarşı kritik yanaşmamızı ortaya qoyduq", — deyə Uşakov bildirib.Onun sözlərinə görə, tərəflər söhbət zamanı İrana da çox vaxt sərf ediblər. Lakin Rusiya prezidentinin köməkçisi danışıqların detallarını açıqlamaqdan imtina edib."Mən deyərdim ki, bu barədə maraqlı müzakirələr oldu", - deyə Uşakov bildirib.

  • Yazılıb
  • da (də) 2019 May 15
  • Göndərən مدير سايت Aran News