Tarix : 2019 May 16
Kod 58172

Vəkil: Avropa Məhkəməsinə göndərilən şikayətlət ünvanına çatmır

Jurnalist Əfqan Muxtarlının və siyasətçi Nemət Pənahlının işləri üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlər ünvanına çatmır.

Arannews-Vəkil Elçin Sadıqov belə deyir. O, öz “Facebook” hesabında yazıb ki, göndərilən şikayətlər “Azərpoçt”un PDM-ində saxlanılır, təyinat ölkəsinə göndərilmir.“Yəqin ki, sonra itirildi kimi rəsmiləşdirəcəklər,”- deyə vəkil qeyd edib:

“Azərbaycan hökuməti İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 34-cü maddəsini kütləvi şəkildə pozaraq, ərizələrin AİHM-ə göndərilməsinin qarşısını qanunsuz olaraq alır”.Elçin Sadıqov bildirib ki, Ə.Muxtarlı və N.Pənahlının məktublarının qanunsuz saxlanılması ilə bağlı rəsmi şikayət edilibVəkil deyir ki, indiyə qədər bir sıra vəkllərin Avropa Məhkəməsinə göndərdiyi sənədlər itirilib:“Konkret olaraq, vəkillər Yalçın İmanov, Xalid Bağırov, Əsabəli Mustafayev, Nemət Kərimli və digərlərinin sənədi itib”.Meydan TV Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamağa cəhd etsə də, deyilənlərə münasibət öyrənə bilməyib.Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ildə qaçaqmalçılıq, sərhədi qanunsuz keçmək və sərhəd xidməti əməkdaşının həyat və sağlamlığına zor tətbiq etməkdə ittiham olunub. O, məhkəmənin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.Əfqan Muxtarlı bu ittihamları təkzib edir və həmin il, mayın 29-da, axşam saatlarında yaşadığı Gürcüstanın paytaxtı Tbilisidən oğurlanaraq Azərbaycana aparıldığını deyir.O, məhkəmədə Gürcüstanda evinin yaxınlığında zorla maşına mindirildiyini və Azərbaycana aparıldığını, yolda döyüldüyünü, daha sonra cibinə 10 min avro qoyulduğunu söyləyib.Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı 2018-c il oktyabrın 12-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə inzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaq) maddəsi ilə 30 sutka həbsə məhkum edilib. N.Pənahlı ittihamları qəbul etməyib və bunu fəaliyyəti ilə izah edib.


  • Yazılıb
  • da (də) 2019 May 16
  • Göndərən مدير سايت Aran News