Suriyanın cəbhə mediası bu ölkə ordusunun İdlibin cənubuna daxil olması və daha üç məntəqəni terrorçulardan azad etməsi barədə xəbər yayıb.
Arannews-Bu xəbərə əsasən, ordu qüvvələri Həvaş, Təl-Həvaş və Cabiriyyə kəndlərini terrorçulardan geri alıb və bu bölgədə öz nəzarət dairəsini genişləndirib.Azad edilmiş üç kənd bir neçə gün bundan əvvəl strateji əhəmiyyətə malik Kəfər-nəbudə qəsəbəsinin azad edilməsindən sonra baş tutub.