Tarix : 2019 May 17
Kod 58178

Putin: İran bu gün dünyanın ən şəffaf nüvə proqramına malikdir

Rusiya prezidenti deyib: İran 2015-ci ildə nüvə anlaşmasını imzalayandan bəri nüvə fəaliyyətləri sahəsində dünyanın ən şəffaf ölkəsi olubdur.

Arannews-Rusiya prezidenti Vladimir Putin dünən bu mətləbi bildirərək, deyib: Mən şəxsən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə İran barədə söhbət etdim və o mənə dedi ki, İran öz nüvə öhdəliklərinə sadiq qalıbdır. Əlbəttə, nüvə anlaşması barədə də deməliyəm ki, onun gələcəyi təkcə Rusiyadan asılı deyildir.Rusiya prezidenti İranın nüvə anlaşmasından çıxması barədə edilən gümanlala bağlı isə belə deyib: Mən dəfələrlə iranlı dostlarla söhbətdə demişəm ki, mənim zənnimcə, İranın nüvə anlaşmasında qalması daha məntiqli görünür. Zira əgər İran nüvə anlaşmasından çıxarsa, həmin günün sabahısı hamı unudacaq ki, Amerika nüvə anlaşmasını pozmağa başlayan tərəf olub və sonda təqsirlər İranın boynuna yıxılacaqdır.Putin əlavə edib: Təəssüflə, İranın nüvə proqramı barədəki bütün anlaşmalar pozulubdur, amma Rusiya daim İranla nüvə anlaşmasının himayədarlarından olub və yaxşı olar ki, İran bu anlaşma çərçivəsində addım atsın.

  • Yazılıb
  • da (də) 2019 May 17
  • Göndərən مدير سايت Aran News