Tarix : 2019 May 17
Kod 58179

Gürcüstanda məscid tikintisi ilə bağlı çətinliklər var`

Gürcüstanda müstəqilik əldə olunan vaxtdan bu günə qədər məscidlərin sayı üç dəfə artıb. Lakin yenə də bir çox böyük məntəqələr və kəndlərdə ibadət evlərinə ciddi ehtiyac var”.

arannews-Bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov Gürcüstan parlamentində keçirilən dini məsələlər üzrə İşçi qrupun görüşündə bildirib.Onun sözlərinə görə, bir çox hallarda məscidin tikilişi üçün Dini Məsələlər üzrə Dövlət Agentliyinə və yerli idarəetmə orqanlarına müraciət olunur: “Ancaq müsbət cavab ala bilmirik. Bir çox halda heç cavab belə verilmir, bəzən bəhanələr gətirilir və bəzən də onların səlahiyyətində olmadıqlarını bildirərək məsələnin həllindən yayınırlar. Hesab edirik ki, bu problemin həlli istiqamətində müəyyən tənzimləyici qayda və qanuna ehtiyac var”.GMİ sədri deyib ki, dini məkanlar tikildiyi zaman yerli insanların ona ehtiyacı olub-olmaması araşdırılmalı, həmin məntəqədə sakin olan insanların dini və məzhəbi nəzərə alınmalıdır: “İbadət evi tikildiyində onu dəstəkləyənlər və məkanın ənənəvi və ya qeyri-ənənəvi qrup tərəfindən idarə olunacağı da diqqətdən kənarda saxlanılmamalıdır”.İşçi qrupun görüşündə Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, müxtəlif dini icmalar, QHT və hüquq-müdafiə təşkilatlarının nümayəndələri iştirak ediblər. (report)

  • Yazılıb
  • da (də) 2019 May 17
  • Göndərən مدير سايت Aran News