1948-ci ildə nəhs sionist rejim ABŞ, SSRİ, xüsusilə də Britaniya kimi ölkələrin dəstəyi ilə rəsmi şəkildə təsis olundu və öz mövcudluğunu elan edərək, siyasi həyatına başladı.
Arannews-Həmin tarixdən dünyanın Fələstin adlı coğrafiyasında bəşəriyyət əleyhinə cinayətlər yeni mərhələyə daxil oldu.Sionist rejimin təsis edilməsinin tarixçəsinə qısa baxışSionistlərin Fələstində bacaracağına, Amerika, SSRİ və qərb ölkələrinin burada bir yəhudi ölkəsinin qurulmasına dəstək verəcəyinə əmin olan İngiltərə Fələstindən çıxdığını elan etdi. İngiltərə ordusu 1948-ci ildə öz hərbi baza və silahlarını sionist rejimə verdikdən, bir sıra komandirlərini yəhudilərin məqsədinə xidmət etmək üçün burada saxladıqdan sonra Fələstin torpağını tərk etdi. Sionistlərin o vaxtkı rəhbəri Ben-Qurion yaranmış vəziyyətdən yetərincə suistifadə edərək 1948-ci ildə işğal edilmiş Fələstin ərazisində İsrail dövlətinin təsis edildiyini elan etdi. Bir müddət sonra Amerika, sionist dövlətini rəsmi olaraq tanıdı və onun ardınca SSRİ də bu rejimi tanıdığını elan etdi. Bundan sonra bir-birinin ardınca Avropa ölkələri və nəhayət BMT bu qəsbkar rejimi tanıdı. Beləliklə, Fələstinin əzəli və qanuni torpaqlarında İsrail adlı qondarma dövlət baş qaldırdı.
Sionist rejimin cinayətlərinə qısa baxış
1. Hayfa qətliamı
1948-ci il 22 apreldə sionist təcavüzkar qüvvələri gecə yarıdan keçmiş Hayfa şəhərinə hücum etdi. Onlar evləri və binaları işğal edərək öz ixtiyarlarına keçirdilər. Təcavüzkar qüvvələr 50 ərəbi şəhid etdi, 200 nəfəri yaraladı. Sionist qüvvələr Hayfadan Əkka şəhərinə qaçmaq istəyən ərəblərə hücum edərək daha 100 nəfəri şəhid və 200 nəfəri yaraladılar.
2. Qəzzə qətliamı
1955-ci ildə sionist işğalçılar Qəzzəyə ilk hərbi hücuma keçdilər. Qəzzə o zaman Misir hökumətinin idarəçiliyində idi. Bu hücumun nəzəriyyəçisi qondarma İsrail ordusu qərargahının komandiri Moşe Dayan idi. Qəzzəyə hücum 28 fevral sübh saatlarında başladı. Helikopterlər vasitəsilə məntəqəyə gətirilən qüvvələr 39 nəfəri şəhid etdi və 33 nəfəri yaraladı.
3. Deyr-Yasin qətliamı
Deyr-Yasin qətliamı 1948-ci il 9 apreldə sonralar sionist rejimin baş naziri olmuş Menaxem Beginin rəhbərlik etdiyi “İrqun” və sonralar M. Beginin müavini olmuş İshaq Şamirin rəhbərlik etdiyi “Şetirn Lehi” adlı iki hərbi təşkilat tərəfindən həyata keçirildi. Bu qətliamda 260 nəfərdən çox fələstinli şəhid oldu.
4. Əl-Lod (Lod) qətliamı
Əl-Lod əməliyyatı ən məşhur qətliamlardan biridir. Bu qətliam sionist rejimin Palmax briqadası tərəfindən törədilib. Sionist rejimin işğalçılığı əleyhinə alovlanmış inqilabı məhv etmək üçün həyata keçirilən qətliam 1948-ci ilin iyul ayının 12-13-də baş vermişdir. Sionist hərbçilər küçədə gördükləri hər kəsi öldürmək üçün göstəriş almışdılar. Onların ağır topları əhalinin evlərinə dağıdırdı. Briqada komandirinin verdiyi raporta əsasən, bu əməliyyatda 250 fələstinli şəhid olmuşdur.
5. Qəzzədə ilk qətlaim
Sionistlərin Qəzzənin idarəçiliyini öhdəsinə almış Misirə qarşı kin-küdurəti bu rejimin Qəzzə əhalisinə qarşı bir çox cinayətlər törətməsinə səbəb olmuşdur. 1955-ci il 28 fevralda bir qrup sionist hərbçi iki tərəf arasında atəş xəttini keçərək Qəzzəyə daxil oldu. Onlar Qəzzənin infrastrukturlarını, su anbarını və onun yaxınlığında Misirə məxsus bir qarnizonu partlatdılar. Qarnizon ordudan kömək istədi. Lakin onların köməyinə gələn hərbi qüvvələr sionist rejim hərbçilərinin pusqusuna düşdü. Yaranmış döyüşdə 39 nəfər həlak oldu və 33 nəfər yaralandı.
6. Qəzzədə ikinci qətliam
1955-ci il 30 may və 1 sentyabrda Qəzzənin Xan-Yunis bölgəsi sionist təcavüzkarlarınn artilleriya atəşinə məruz qaldı. 30 may axşam saatlarında baş vermiş birinci mərhələdə 20 nəfər şəhid oldu və 20 nəfər yaralandı. 1 sentyabr gecə yarısı baş tutan ikinci mərhələdə isə 46 nəfər şəhid oldu və 5 nəfər yaralandı.
7. Xan-Yunis qətliamı
Xan-Yunis qətliamı 1956-cı il noyabrın 3-də baş vermişdir. O vaxt Xan-Yunis sionistlərin işğalı altında idi və onlar bu kəndə hücum edərək əhalini kütləvi şəkildə qətlə yetirdilər. Bu qətliam nəticəsində Xan-Yunisdə və onun ətrafındakı düşərgələrdə 275 nəfər fələstinli şəhid oldu.
8. Səbra və Şətila qətliamı
Bu qətliam 1982-ci il sentyabrın 16-18-də fələstinli köçkünlərin Səbra və Şətiladakı düşərgələrində baş verdi. Sionist hərbçiləri Livanın paytaxtı Beyrutda yerləşən bu iki düşərgəyə hücum etdilər. Əlbəttə, bu cinayətin əsas səbəbkarları livanlı yaraqlılar idi. Amma əməliyyat sionistlərin logistik köməyi və müqəddimə işlərini görməsi ilə həyata keçdi. Əməliyyatın başlaması ilə sionist rejim qırıcıları və artilleriyası da hücuma keçərək düşərgələri bomba və raket atəşinə tutdular. Qətliam sionistlərin nəzarəti altında davam etdi, əməliyyatda iştirak edən livanlı terror qrupu da silah və digər lazım olan təchizatla təmin edildi.
Səbra və Şətila qətliamının qurbanlarının sayı 1500 nəfərdir. Qadınlara təcavüz və müqavimət göstərənlərin meyitlərini təhqir etmək bu hadisənin digər cinayətlərindən idi.
9. Sayda qətliamı
1982-ci il 16 iyulda sionist rejim Livana hücum etdi. Bu hücumda sionistlər 80 livanlını şəhid etdilər.
10. Qəzzəyə qarşı 1-ci, 2-ci və 3-cü müharibə
Birinci Qəzzə müharibəsi 2008-ci il 27 dekabrda sionist rejim qırıcılarının HƏMAS-ın infrastrukturlarından birinə hücum etməsi ilə başladı. Sionistlər 22 günlük müharibədə öz məqsədlərinin heç birinə çata bilməsələr də, bu müharibədə 1400 fələstinlini şəhid etdilər. Şəhid olanların 80 faizi mülki şəxslər idi.
“8 günlük müharibə” kimi tarixə düşən ikinci Qəzzə müharibəsi 2012-ci il 24 noyabrda sionistlərin HƏMAS hərbi komandiri Əhməd əl-Cəfərinin avtomobilini partlatması ilə başladı. Bu müharibədə sionistlər müxtəlif növ qadağan olunmuş silahlardan, o cümlədən ağ fosfordan istifadə edərək Qəzzədə kütləvi qırğınlar törətdilər.
8 günlük müharibədə şəhid olan fələstinlilərin sayı 189 nəfərə çatdı.
Sionist rejim və ərəb arasında ən uzun sürən müharibə adını almış üçüncü Qəzzə müharibəsi 2014-cü il 8 iyulda başladı və 51 gün davam etdi. Sionist rejim bu müharibədə də öz məqsədinə çatmaqdan nakam qaldı və əmin oldu ki, daha Fələstin müqavimətini qırmaq mümkün deyil. 51 günlük müharibədə sionist qüvvələr 2016 fələstinlini şəhid etdi və 10193 nəfəri yaraladı. Şəhidlər arasında 541 uşaq, 250 qadın, 95 nəfər qoca var idi. Yaralıların 3084 nəfəri uşaq, 1970 nəfəri qadın və 368 nəfəri qocalar idi.
Yuxarıda sadalanan qətliamlar sionist rejimin öz zillətli və rüsvayçı həyatı boyu törətdiyi cinayətlərin yalnız kiçik bir hissəsi idi. Onların vəhşi hərəkətləri hər bir insaflı, azadlıqsevər və ədalətli insanın qəlbini ağrıdır.
Sionist rejim təsis olunduğu gündən indiyə kimi bəşəriyyət əleyhinə ən çirkin və ən vəhşi cinayətlərə mürtəkib olmuş, tarixdə ən qaniçici hökumətləri də ötüb keçmişdir.
Çox təəssüflər olsun ki, dünyanın bir çox ölkə başçıları belə bir rejimin təsis edildiyi gün təbrik məktubu yazırlar. Ondan da təəssüfləndirici budur ki, təbrik məktubu yazanlar arasında İslam ölkələri başçıları da vardır.
Belə təbriklər hansı məna və məfhumu daşıya bilər? Bu addım məzlum qarşısında zülmkarla həmrəylik, qanları haqsız olaraq tökülmüş insanlar qarşısında qantökəni dəstəkləmək deyilmi?
Belə bir rejimi təbrik etmək onların dünyanın müxtəlif yerlərində məzlum insanlar əleyhinə birbaşa, yaxud dolayısı ilə törətdiyi cinayətlərdə, tökdükləri qanda, azadlıqlarını əllərindən almaqda şərik olmaq deyilmi?
Bunları nəzərə alaraq belə sual olunur:
Bir müsəlman, ya hətta bir insaflı insan qaniçən sionist rejimin təsis olunması ildönümünü təbrik etməlidir, yoxsa bu münasibətlə başsağlığı verməlidir