Tarix : 2019 May 18
Kod 58184

Tehran və Bakı rabitə sahəsində əməkdaşlıq protokolu imzalayıblar

Rabitə sahəsində İran ilə Azərbaycan Respublikası arasında həmkarlığın genişləndirilməsi haqda protokol Bakıda keçirilən iki ölkənin ikinci ekspert işçi qrupunun iclasının sonunda imzalanıb.

Arannews-İranın Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Hoseyn Fəllah Coşqani dünən bu protokolun imzalanmasını İran və Azərbaycan Respublikası arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mühüm adlandırıb və Tehranın bu sahədəki potensialı və təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmar Vəlizadə də İran ilə Azərbaycan Respublikası arasındakı ikinci ekspert işçi qrupunun iclasının nəticələrindən razlılıq edərək, deyib: Bakı böyük əməkdaşlıq istiqamətində ilk addımları atır və başlıca məqsəd, qarşılıqlı həmkarlığa nail olmaqdır.

İmzalanmış protokola əsasən, tərəflər sərhəd məntəqələrində mobil telefonlar, radio və televiziya tezlik və siqnallarının qarşılıqlı şəkildə üst-üstə düşmələrinin qarşısının alınması və idarə olunması barədə razılığa gəliblər.İnternet və audio xidmətlər sahəsində ikitərəfli əməkdaşlıq, poçt və poçt xidmətləri sahəsində əməkdaşlıq və hər iki ölkədə bu xidmətləri inkişaf etdirmək üçün birgə sərgilər keçirmək bu protokolun digər razılaşmalarından biridir.İran və Azərbaycan Respublikası həmçinin texnologiya və təcrübə mübadiləsi və iki ölkənin imkanlarından istifadə etmək üçün kosmik və peyk xidmətlərindən istifadə barədə razılığa gəliblər.

  • Yazılıb
  • da (də) 2019 May 18
  • Göndərən مدير سايت Aran News