Tarix : 2019 May 18
Kod 58185

QAT-ın mitinqinə icazə verilmədi

Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatının (QAT) mayın 18-də keçirmək istədiyi Qarabağ mitinqini məqsədəuyğun saymayıb.

Arannews- Bu barədə QAT-dan məlumat verilib. Məlumatda bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ probleminin həlli ilə bağlı ölkə hakimiyyətinin addımlar atdığını qeyd edərək mitinqə “yox” cavabı verib.BŞİH-in mənfi cavabına QAT-ın münasibətinə gəlincə, razılaşdırılmamış aksiya keçirilməyəcək. “Biz Qarabağ Azadlıq Təşkilatı olaraq, BŞİH-in gətirdiyi arqumentlərə hörmətlə yanaşırıq, eyni zamanda hesab edirik ki, dövlət başçısının fəaliyyəti ilə yanaşı, ictimai xətlə mübarizənin aparılmasına, ermənilərin cinayətkar siyasətinin ifşa edilməsinə, mitinq və digər vasitələrlə işğala, terrora, etnik təmizləmə siyasətinə qarşı ictimai iradənin, Azərbaycan xalqının Qarabağın azadlığı naminə mübarizə əzminin, erməni işğalına qarşı etirazının kütləvi şəkildə nümayiş etdirilməsinə ehtiyac vardır”, - deyə QAT-ın məlumatında bildirilir.QAT bundan sonra da mitinqlərlə bağlı müraciətlərini davam etdirmək niyyətində olduğunu bəyan edib.Qeyd edək ki, yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqdən indiyə qədər müxalifət təşkilatlarının, həmçinin Qarabağ Komitəsinin də mitinq keçirmək üçün çoxsaylı müraciətlərinə BŞİH-dən mənfi cavab verilib.Hazırda BŞİH-də Azərbaycan Xalq Hərəkatının da mayın 26-da Yasamal rayonundakı “Məhsul” stadionunda mitinq keçirmək üçün məktubu var. Müraciətə hələ cavab verilmədiyi bildirilir.

  • Yazılıb
  • da (də) 2019 May 18
  • Göndərən مدير سايت Aran News