“Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıq prosesini gücləndirməyi zəruri hesab etmir”.
Arannews-Virtualaz.org-a istinadən xəbər verir ki, hökumət rəhbəri bunu rus jurnalistləri ilə görüşündə bəyan edib."Biz bu prosesi gücləndirməyəcəyik, amma tormozlamayacağıq da, çünki münaqişə var və mən düşünmürəm ki, onu unutmaq məqsədəuyğundur", - Paşinyan vurğulayıb.Bununla belə, Ermənistan Nazirlər Kabinetinin başçısı qeyd edib ki, Qarabağda münaqişənin nizama salınması üzrə danışıqlar üçün ilkin şərtlər qoymağa hazırlaşmır.Paşinyanın fikrincə, Qarabağ məsələsini həll etmək olar, amma bunun üçün Dağlıq Qarabağı danışıqlar prosesinə qaytarmaq lazımdır.
Bundan başqa, erməni baş naziri vurğulayıb ki, Moskva regionda mümkün yeni eskalasiyaya yol verməmək üçün lazımi təsir vasitələrinə malikdir: "Əminəm ki, Dağlıq Qarabağ regionunda eskalasiyanın qarşısını almaq üçün Rusiyanın bütün təsir imkanları var və inanmıram ki, lazım olduğunda Rusiya onlardan istifadə etməsin".