Xəbər Lenti

Baş redaktorun apelyasiya şikayəti təmin edilməyib

Seyid Sədr tərəfdarlarını etirazlara səslədi

İran Azərbaycanın dollardan imtina etməsini istəyir

Paşinyan Qarabağa görə Təhlükəsizlik Şurasının iclasını çağırdı

Gürcüstan höküməti etirazçıların tələbini qəbul etdi

ÇAVUŞOĞLU SƏRT DANIŞDI: ABŞ nə deyirsə desin

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub

Gürcüstan dağılır, Türkiyədə iqtidar-müxalifət bir-birini qırır. Çünki onların İlham Əliyev.

Quran yarışları başa çatdı, qaliblər mükafatlandırıldı

İstanbul seçkiləri: Ərdoğan İmamoğlunu təbrik etdi

Gəncə hadisələrinə görə həbs olunan şəxsin durumu pisləşib

Gürcüstanda etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar

Müdafiə Sənayesi Nazirliyi ləğv olunmayıb - Rəsmi

Gürcü etirazçılar daxili işlər nazirinin istefasını tələb ediblər

Həccin vacib olmasının 3 əsas şərti

İran şirkəti Qarabağda Şuşa məscidini bərpa edir

Putin Gürcüstana uçuşları qadağan etdi

Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb

Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır

Mahir Salah: "Fələstinli qaçqınlar işinin ləğvinə icazə verməyəcəyik"

Ərdoğan İlham Əliyevə zəng edib

Azərbaycan R-nın nazirlər kabinetində dəyişiklik

İran və Türkiyə birgə əməkdaşlıq barədə strateji sənəd imzalayıblar

Etirazlar və qarşıdurmalardan sonra Gürcüstanda səs-küylü istefa

Hakim AXCP fəalının vəkilinə onun şəxsi işi ilə tanış olmağa imkan verməyib

Tehran və Bakı məşğulluq və iş yerlərinin yaradılması sahəsində həmkarlıq edəcəklər

Qarabağ Komitəsinin sədri dəyişib

Gürcüstanda etirazlar: DİN rəhbəri istefa verməyə hazır olduğunu bildirib

Putin mümkün ABŞ-İran müharibəsi barədə danışdı

BMT: Yəmən tarixin ən pis insan faciəsini yaşayır

Azərbaycan Ermənistan ordusunun təlimlərini nəzarətə götürdü, görüntü yaydı

Rusiya ABŞ-ın İrana qarşı faktlarının etibarsız olduğunu vurğulayıb

“Mursinin ölümü təbii olmayıb” – Ərdoğan

Azərbaycan iyulun 15-də BMT-yə hesabat verəcək

Gürcüstanda yeni səhiyyə naziri təyin olundu

Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

İşğalçı İsrail snayperinin vurduğu 7 aylıq qızcığazı ABŞ həkimləri xilas etdi

Bakı-Məşhəd marşrut xətti üzrə razılıq əldə edilib

Mübariz İbrahimovun şəhadət günüdür

Zakir Həsənov: Beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir

Arxiv Print RSS
 
Tarix : 2019 May 18     |     Kod : 58189

XİN Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb -

"27 il bundan öncə, 18 may 1992-ci il tarixində, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub".

Arannews-Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva Laçın rayonunun işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanatında bildirib. "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüz siyasətinin davamı olan Laçın rayonunun işğalı nəticəsində bölgənin əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77.518 nəfər Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.Ermənistanın işğalı rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.Həmçinin dünya, yerli əhəmiyyətli çoxsaylı tarixi abidə vandalizmə məruz qalıb. O cümlədən, 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq viran edilib; Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.Beynəlxalq hümunitar hüququ, o cümlədən Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozan Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi Laçın rayonunda da qeyri-qanuni fəaliyyəti davam etdirir; coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir.Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə 2015-ci il 16 iyun tarixli qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin, bu qərarın 19-20-ci paraqraflarda Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin tələblərinə məhəl qoymayaraq, onları ciddi şəkildə pozaraq Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsi siyasətini yürüdür.Ermənistan anlamalıdır ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcəkdir. Azərbaycan ərazilərinin işğalına əsaslanan status-quo dayanıqlı deyil və qəbuledilməzdir. Bölgənin, o cümlədən Ermənistanın özünün dayanıqlı, demokratik, sülh, sabitlik və təhlükəsizliyin təmin olunduğu bir şəraitdə inkişafı birinci növbədə, beynəlxalq hüququn aliliyinin təmin olunması, işğal amilinin aradan qaldırılması, məcburi köçkünlərin fundamental hüquqlarının bərpa olunmasından asılıdır. Yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrindəki Ermənistan silahlı qüvvələrinin bu ərazilərdən dərhal, tam və qeyd şərtsiz çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulmasına və bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın bərpa olunmasına imkan yaradacaq.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, Laçın, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin ayrılmaz hüququdur", - XİN rəsmisi vurğulayıb. 


Yazılıb da (də)   2019 May 18  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap
 
', 'auto');ga('send', 'pageview');