Tarix : 2019 May 19
Kod 58191

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər -

Son günlər Azərbaycanda Avropada yaşayan siyasi mühacirlərin qohumlarına qarşı təzyiqlər artıb. Bu barədə DAS (Demokratik Azərbaycanı Seç) təşkilatının yaydığı məlumatda bildirilir.
Arannews-Mənbə qeyd edir ki, siyasi mühacirlərin qohumlarını hədələyirlər, polisə aparırlar, təhqir edirlər, işdən çıxarırlar, yaxınlarından və ailə üzvlərindən imtinaya məcbur edirlər."Bu günlərdə video-bloger Qabil Məmmədovun bütünlüklə ailə üzvləri Tovuz rayon polis şöbəsinə aparılıb. Onların arasında 85 yaşlı ata Əmrah Məmmədov, 83 yaşlı ana Dünya Cəfərova, qardaşlar Tahir Məmmədov (Qarabağ qazisi) və onun oğlu, hərbçi Məhəmməd Məmmədov və digər qohumları var, cəmi 12 nəfər.Onların arasında olan üç hərbçi birbaşa hərbi hissədən şöbəyə aparılıb", - bəyanatda deyilir.Gecəyə yaxın valideynləri buraxıblar, qalanlarına (üç qardaşın həyat yoldaşları daxil olmaqla) deyiblər ki, növbəti gün polisə gəlsinlər. Q.Məmmədovun sözlərinə görə, bütün ailə üzvlərinə ondan məcburi imtina sənədi yazdırıblar.Təşkilatın bəyanatında qeyd olunur ki, digər siyasi mühacir Mübariz Kərimovun bacısı oğlu işdən çıxarılmaqla təhdid olunur. Təşkilat üzvü Səbuhi İsmaylovun anası da işdən çıxarılmaqla təhdid edilib.Siyasi mühacir Əli Məmmədovun da vəziyyəti eynidir. Onun qohumları Yevlax polisinə çağırılıb.Məcid Mehdilinin isə atasına Sabunçu rayonu 13-cü polis bölməsindən telefon edərək deyiblər ki, mayın 10-da Berlində keçirilən mitinqdə Məcidin iştirakına görə ona sonuncu xəbərdarlıq edilir."Azadlıq" radiosu bildirib ki, DAS-ın 47 üzvünün qohumlarına təzyiq göstərilib.

  • Yazılıb
  • da (də) 2019 May 19
  • Göndərən مدير سايت Aran News