Tarix : 2019 May 19
Kod 58193

Paşinyana qarşı yeni partiya yarandı -

Ermənistanda yeni Tək Ermənistan Partiyası yaradılıb.

Arannews-Axar.az xəbər verir ki, partiyasının təsis qurultayı bu gün İrəvanda baş tutub. Yeni partiya özünü mərkəzçi qüvvə kimi təqdim edib və əsas fəaliyyətinin demokratiyanı gücləndirmək, yeni vətəndaş və dövlət düşüncəsini formalaşdırmaqdan ibarət olacağını bildirib.Yeni partiyanın sədri Artur Kazinyandır. Kazinyan partiyanın qurultayında çıxış edərək, hazırda Ermənistan siyasi mühitində keçmişlə indi arasında mübarizənin getdiyini və bunun da gələcəyin gündəmini formalaşdırmağa imkan vermədiyini qeyd edib:“Əvvəlki hökumətləri bütün hər şeydə günahlandırıb, ondan siyasi kapital toplamaq olar, amma bu, əbədi deyil. Bu siyasi kapital gələcəyə yönələn siyasətlə möhkəmləndirilməyib”.Qarabağ məsələsiylə bağlı partiyasının mövqeyini açıqlayan Kazinyan ATƏT-in Minsk Qrupu çərçivəsində həll prosesini dəstəklədiklərini bildirib. O, konfliktə regional məsələ kimi baxılması gərəkdiyini deyib:“Yaxın 10-20 il ərzində regionda nə baş verəcəyini bilmədən güzəştə getmək olmaz. Madrid prinsipləri köhnəlib və qəbuledilməzdir. Ona əlavələr lazımdır”.Kazinyan həmçinin çıxışı zamanı partiyanın maliyyə mənbələrinə aydınlıq gətirməyib.Maraqlı məqamlardan biri də odur ki, qurultayda qonaq qismində Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan, Çiçəklənən Ermənistan Partiyasının deputatları Arman Abovyan və Gevork Petrosyan, eləcə də Ermənistanın keçmiş Baş naziri Qrant Baqratyan iştirak edib.Kazinyan iclasa Mənim Addımım Blokunu da dəvət etdiklərini, amma onların qurultaya qatılmadıqlarını bildirib.

  • Yazılıb
  • da (də) 2019 May 19
  • Göndərən مدير سايت Aran News