Tarix : 2019 May 20
Kod 58199

Gürcüstanda seçkilər başa çatıb -

Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkilər üzrə səsvermə başa çatıb.

Arannews-“Report”un Gürcüstan bürosu xəbər verir ki, saat 20:00-da səsvermə keçirilən 410 məntəqə bağlanıb.Səsvermə ilə bağlı ilkin nəticələrin günün sonuna qədər elan olunacağı gözlənilir.Qeyd edək ki, bugünkü seçkilərdə Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Marneuli, Zuqdidi, Çiatura, Xulo, Zestafoni rayonlarına isə icra başçılarının seçilməsi üzrə səsvermə keçirilib. Aralıq seçkilərdə isə Tbilisinin Mtatsminda rayonunun seçiciləri parlamentə majoritar deputat seçiblər. “Gürcüstanda bu gün keçirilən seçkilərdə ən acınacaqlı mənzərəni Marneulidə müşahidə etdik”.Bunu Gürcüstanın müxalifətdən olan “Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Givi Tarqamadze bildirib.O deyib ki, Marneulidə səsvermə prosesi zamanı bir neçə müxalifət partiyası təmsilçilsi məntəqələrdən uzaqlaşdırılıb:“Marneulidəki seçkilərin bərabər şəraitdə keçirildiyini demək olmaz. Seçicilər şantaj olunub və onlara hədə-qorxu gəlinib”.

  • Yazılıb
  • da (də) 2019 May 20
  • Göndərən مدير سايت Aran News