Tarix : 2019 May 20
Kod 58203

Düşənbədə “Mərkəzi Asiya + Yaponiya” dialoqu çərçivəsində xarici işlər nazirlərinin müşavirəsi keçirilib

Düşənbədə “Mərkəzi Asiya + Yaponiya” dialoqu çərçivəsində xarici işlər nazirlərinin yeddinci müşavirəsi keçirilib.

Arannews-AZƏRTAC xəbər verir ki, tədbirdə Tacikistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Yaponiyanın xarici işlər nazirləri Sirociddin Muxiddin, Beybut Atamkulov, Çingiz Aydarbekov, Abduləziz Kamilov, Taro Kono və Türkmənistan xarici işlər nazirinin müavini Vepa Xocayev və qonaq qismində Əfqanıstanın xarici işlər naziri Salaxuddin Rəbbani iştirak edib.Görüşdə ölkələr arasında regional əməkdaşlıq, ticarət, investisiya, turizm, nəqliyyat, loqistika, kənd təsərrüfatı və regional təhlükəsizlik məsələləri müzakirə edilib.Vurğulanıb ki, ötən illər ərzində üzv ölkələr arasında dialoq Yaponiya ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində etibarlı və real platformaya çevrilib.Görüşün yekununda tərəflər arasında əməkdaşlığın genişləəndirilməsi ilə bağlı yekun sənəd imzalanıb, jurnalistlər üçün mətbuat konfransı keçirilib.

  • Yazılıb
  • da (də) 2019 May 20
  • Göndərən مدير سايت Aran News