Tarix : 2019 May 21
Kod 58204

Əhsən Nuruzadə “karser”ə salındı

Müsəlman Birliyi Hərəkatının kordinatoru Əhsən Nuruzadə 6 saylı Cəza Çəkmə Müəsisəsində cərimə kamerasına salınıb.

Arannews-Rakurs.tv xəbər verir ki, bu barədə onun anası Zeynəb Hüseynova məlumat verib.O vurğulayıb ki, hadisə ötən həftənin şənbə günü baş verib.“Ötən həftənin 6-cı günü Əhsən evə zəng etməli idi. Lakin biz nə qədər gözləsək də Əhsən zəng etmədi. Sonra bizə oradakı məhbuslardan biri xəbər göndərdi ki, Əhsəni və digər məhbus olan Məhəmmədəlini cərimə kamerasına salıblar. Bu günə qədər Əhsən Nuruzadə bizimlə əlaqə saxlamayıb. Mən ona görə çox narahatam. O oruc tuturdu və bu hala salınması məni çox narahat edir. Onun mədəsində də problem var”, - deyə Zeynəb Hüseynova diqqətə çatdırıb.  O bildirib ki, bundan əlavə o birinci dəfə tutulanda işgəncələrə məruz qalmışdı və dizlərində ağrılar əmələ gəlmişdi: “Ehtimal edirəm ki, döyülərək işgəncələrə də məruz qalıb. Sabah çalışacam gedim onunla görüşüm”.

  • Yazılıb
  • da (də) 2019 May 21
  • Göndərən مدير سايت Aran News