Xəbər Lenti

Baş redaktorun apelyasiya şikayəti təmin edilməyib

Seyid Sədr tərəfdarlarını etirazlara səslədi

İran Azərbaycanın dollardan imtina etməsini istəyir

Paşinyan Qarabağa görə Təhlükəsizlik Şurasının iclasını çağırdı

Gürcüstan höküməti etirazçıların tələbini qəbul etdi

ÇAVUŞOĞLU SƏRT DANIŞDI: ABŞ nə deyirsə desin

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub

Gürcüstan dağılır, Türkiyədə iqtidar-müxalifət bir-birini qırır. Çünki onların İlham Əliyev.

Quran yarışları başa çatdı, qaliblər mükafatlandırıldı

İstanbul seçkiləri: Ərdoğan İmamoğlunu təbrik etdi

Gəncə hadisələrinə görə həbs olunan şəxsin durumu pisləşib

Gürcüstanda etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar

Müdafiə Sənayesi Nazirliyi ləğv olunmayıb - Rəsmi

Gürcü etirazçılar daxili işlər nazirinin istefasını tələb ediblər

Həccin vacib olmasının 3 əsas şərti

İran şirkəti Qarabağda Şuşa məscidini bərpa edir

Putin Gürcüstana uçuşları qadağan etdi

Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb

Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır

Mahir Salah: "Fələstinli qaçqınlar işinin ləğvinə icazə verməyəcəyik"

Ərdoğan İlham Əliyevə zəng edib

Azərbaycan R-nın nazirlər kabinetində dəyişiklik

İran və Türkiyə birgə əməkdaşlıq barədə strateji sənəd imzalayıblar

Etirazlar və qarşıdurmalardan sonra Gürcüstanda səs-küylü istefa

Hakim AXCP fəalının vəkilinə onun şəxsi işi ilə tanış olmağa imkan verməyib

Tehran və Bakı məşğulluq və iş yerlərinin yaradılması sahəsində həmkarlıq edəcəklər

Qarabağ Komitəsinin sədri dəyişib

Gürcüstanda etirazlar: DİN rəhbəri istefa verməyə hazır olduğunu bildirib

Putin mümkün ABŞ-İran müharibəsi barədə danışdı

BMT: Yəmən tarixin ən pis insan faciəsini yaşayır

Azərbaycan Ermənistan ordusunun təlimlərini nəzarətə götürdü, görüntü yaydı

Rusiya ABŞ-ın İrana qarşı faktlarının etibarsız olduğunu vurğulayıb

“Mursinin ölümü təbii olmayıb” – Ərdoğan

Azərbaycan iyulun 15-də BMT-yə hesabat verəcək

Gürcüstanda yeni səhiyyə naziri təyin olundu

Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

İşğalçı İsrail snayperinin vurduğu 7 aylıq qızcığazı ABŞ həkimləri xilas etdi

Bakı-Məşhəd marşrut xətti üzrə razılıq əldə edilib

Mübariz İbrahimovun şəhadət günüdür

Zakir Həsənov: Beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir

Arxiv Print RSS
 
Tarix : 2019 May 21     |     Kod : 58205

Müxalifətçinin qardaşı koloniyada ona qarşı qeyri-insani rəftarın olduğunu bildirib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Babək Həsənov 6 saylı koloniyada qeyri-insani rəftara məruz qalır. Bu barədə onun qardaşı Cavid Həsənli ötən gün ona baş çəkdikdən sonra bildirib.

Arannews-Xəbər verildiyi kimi, B.Həsənov 1 saylı Bakı Təcridxanasından 6 saylı koloniyaya köçürüldükdən sonra işgəncələrə məruz qalıb və karserə salınıb. Bu məlumatları yoxlamaq üçün onun qardaşı mayın 19-da koloniyaya gedib. Koloniyanın rəis müavini onu inandırmağa çalışıb ki, narahatlığa əsas yoxdur və işgəncələr barədə məlumatlar doğru deyil."Belə olduğu halda, biz Babəklə görüş istədik ki, bu haqda onun özündən eşidək", -C.Həsənli deyib.Qardaşı bildirib ki, fiziki təzyiq olmayıb, amma qeyri-insani rəftar halları olub. "Babək dedi ki, koloniyaya gəldikdən 4 saat sonra onu karserə salıblar. İradəsinə zidd olaraq saçını kəsiblər. Halbuki, təcridxanadan gəldiyində saçı məhbuslar üçün nəzərdə tutulduğu kimi idi. Onun sözlərinə görə, məhbusu soyundurublar və alçaldıcı hərəkətlər ediblər. "Yoxlama bəhanəsilə Babəki soyundurublar və əlləri başının arxasında dayanmağa məcbur ediblər. Belə vəziyyətdə oturub-qalxmağa məcbur ediblər. O tabe olmadıqda operativ şöbənin rəisi onu işgəncə ilə hədələyib",- C.Həsənli bildirib.Sonra Babəki koloniyanın rəisi Məmməd Mahmudovun yanına aparıblar. O, məhbusu tanıyıb. B.Həsənov 2011-ci il 2 aprel mitinqində iştiraka görə bir il yarım müddətinə həbs olunmuşdu və o zaman M.Mahmudovun rəis olduğu 16 saylı koloniyada cəza çəkmişdi."Koloniya rəisi ilə söhbətdən sonra Babəki yenidən operativ şöbə rəisinin yanına aparıblar. O, Babəki yarıtikilmiş binaya aparıb, orada onu daş parçalarını bir yerdən o biri yerə daşımağa məcbur ediblər. Ona bildiriblər ki, hər məhbus 4 kubik aparmalıdır. Babək deyib ki, onun onurğa problemi var və ikinci qrup Qarabağ müharibəsi əlilidir. Lakin onu döyüləcəyi ilə hədələyiblər və o tabe olmağa məcbur olub", - məhbusun qardaşı deyib.Öz növbəsində Penitensiar Xidmət B.Həsənovun karserə salınmasını və onunla qeyri-insani rəftarı təkzib edib. İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqovun sözlərinə görə, hər məhbus koloniyaya gəldiyində karantində saxlanılır. Bu müddətdə ona daxili qaydalar, məhbusların hüquqları və öhdəliklərini izah edirlər. Odur ki, B.Həsənovu karserdə yox, karantində saxlayıblar.Soyunma məsələsinə gəlincə, hər məhbus gəldiyində onu yoxlayırlar, şəxsi əşyalarına, saçının vəziyyətinin normaya uyğun olub-olmamasına baxırlar. Daş daşımağa gəlincə, daxili qaydalara görə, məhbusları abadlıq, təmizlik işlərinə cəlb edə bilərlər və burada qanunsuz heç nə yoxdur, Penitensiar Xidmətin nümayəndəsi bildirib.Xatırladaq ki, Babək Həsənov ötən ilin mayında AXCP-nin qanunsuz maliyyələşdirilməsi işi üzrə həbs olunub. Məhkəmə onu üç il müddətə azadlıqdan məhrum edib. 


Yazılıb da (də)   2019 May 21  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap
 
', 'auto');ga('send', 'pageview');