Tarix : 2019 May 21
Kod 58207

“Cəzaların humanistləşdirilməsi və ömürlük məhbuslar” mövzusunda dəyirmi masa keçirilib

Mayın 21-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Ömürlük Məhbusların Hüquqlarını müdafiə Komitəsinin təşkilatçılığı ilə “Cəzaların humanistləşdirilməsi və ömürlük məhbuslar” mövzusunda dəyirmi masa keçirilib.

Arannews-Müdafiə Komitəsinin rəhbəri QAT sədri Akif Nağı tədbirin mahiyyəti və məqsədindən danışıb. Daha sonra çıxış edənlər Nurəddin Quliyev, Müslümat Rzaxanova, Zəfər Əhmədov, Əlövsət Sadıxlı, İlham Qayıbov, Fazil Şahverdiyev, Dilafruz Allahverdiyeva, İlham Mehdiyev, Rafik Məsimov, Əlövsət Əliyev, Barat İmani, Elxan Qəhrəmanov, Türkan Quliyeva, Zərxara Süleymanova, Şakir Abbas, Sevda İbrahimli, Cəfər Baxış və digərləri təkliflərini veriblər. Sonda dəyirmi masa iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə göstərilir: “Sizin hüquq-mühafizə sisteminin təkmilləşdirilməsi, islahatların həyata keçirilməsi, həbsxana cəzalarının humanistləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətinizi tam dəstəkləyir və rəğbətlə qarşılayırıq. Xüsusi minnətdarlıqla qeyd edirik ki, bu ilin mart ayında imzaladığınız son əfv fərmanında ömürlük məhbuslar da yer aldı, 3 nəfərin cəzası yüngülləşdirildi. Sizə təşəkkür edirik ki, bu humanist addımınızla ömürlük məhbusların taleyində yeni, ümidverici bir mərhələnin başlanğıcını qoydunuz. Sizdən xahiş edirik ki, digər ömürlük məhbusları da diqqətinizdə saxlayasınız. Onlar cinayət törədiblər, hərəkətlrinə görə bu illər ərzində kifayət qədər cəzalarını çəkiblər, amma onlarında mərhəmətə, xüsusilə də dövlət başçısının mərhəmətinə ehtiyacı var. Sizdən xahiş edir ki, 23 ildi həbsdə olan Qarabağ döyüşçüləri Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov, 16 ildi həbsdə olan “Qarabağ partizanı” Məmməd Məmmədov, 30 ildi həbsdə olan Əli Quliyev, 23 ildi həbsdə olan Şakir Rzaxanov, Hüseynağa Babayev, həmçinin Səbuhi Məmmədvəliyev, Yaşar Pənahpur, İntiqam Qayıbov, Əmir Muradov, Murov Şərifov, Nadir Məhərrəmov, Namiq Vəliyev, Natiq Mirzəyev, Samir Saniyev, Rahib Məsimov, Azər Əsədov, Yaşar Şahmuradov, Namiq Əliyev, Elnur Qəhrəmanov, Nizami Ələsgərov, Afət Heydərzadə, Fuad Orucov, Zaur Həziyev və digərləri ilə bağlı da humanist addım atacaqsınız. Bu məhbusların əksəriyyəti 1998-ci ildə güllələnmə cəzasından qanunsuz olaraq ömürlük cəzaya keçiriliblər. Xahiş edirik ki, bu məsələdə haqq-ədalətin bərpa olunmasına təşəbbüs edəsiniz”.

  • Yazılıb
  • da (də) 2019 May 21
  • Göndərən مدير سايت Aran News