Tarix : 2019 May 21
Kod 58209

“Qüdsün və Qarabağın müdafiəsi hər bir müsəlmanın ilahi borcudur” - Hacı Mövsüm Səmədov

Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov Qüds və Qarabağda baş verən hadisələrə münasibətini bildirərək, işğalçı rejimlərin əməllərini sərt pisləyib və bütün müsəlmanları zülmə etiraz etməyə çağırıb.

Arannews-İslaminSesi redaksiyasına daxil olan məktubda deyilir:“Sionist İsrail rejimi keçən əsrin ortalarından qəsb etdiyi müsəlman torpaqlarında işğalçılıq siyasətini davam etdirir. Qondarma dövlətin yaranmasının 70 illiyi və ABŞ prezidentinin şəxsi təşəbbüsü ilə bu imperialist dövlətin səfirliyinin Qüdsə köçürülməsinin elan edilməsi münasibətilə müsəlmanların müqəddəs məkanında keçirilən bayram qanlı olayla nəticələndi. Qəzza bölgəsində toplaşaraq öz əzəli torpaqlarını qəsbkarlardan müdafiə etməyə çalışan fələstinlilər zalım rejimin silahlıları tərəfindən atəşlə qarşılaşdılar. 60 nəfərin ölümü, 2500 nəfərin ağır yaralanması hadisəsi tarixə yazılan yeni bir qanlı səhifə oldu.Müsəlmanların müqəddəs torpaqlarını, bu torpaqların maddi-mənəvi nemətlərini mənimsəyən, tarixini saxtalaşdırmağa çalışan İsrail və Ermənistan kimi qondarma dövlətləri, onların zalım, qaniçən, müsəlmanlara böyük soyqırım faciələrini yaşadan hakimiyyətlərini müdafiə edən, dəstəkləyən Amerika və onun əlaltıları heysiyyatımıza toxunmaqdan, mənəviyyatımıza təcavüz etməkdən çəkinmirlər.Ermənistanın qəsbkar hakimiyyətinin Azərbaycana qarşı yeni işğalçılıq ritorikası, sionist İsrail rejiminin Suriyanın Colan yüksəkliklərini mənimsəmə cəhdlərinin himayə olunması, məncə, imperialist dairələrin müsəlman torpaqlarının qəsbinə və müsəlmanların sıxışdırılaraq maddi-mənəvi sərvətlərinin ələ keçirilməsinə hesablanmış bir öhdəlik və plandır. Bütün bu addımlar isə dünyada nə sülhə, nə də inkişafa, tərəqqiyə xidmət edir. Belə planlar və onun icrasının bəşəriyyətə yeni müharibələr, daha kəskin bəlalar gətirəcəyi şəksizdir. Bu cəhdlər həm də xalqlar, dinlər arasında düşmənçilik toxumu səpməkdən başqa bir şey vəd etmir.Hesab edirəm ki, müqəddəs saydığımız Qüdsə diqqət və onun təhlükəsizliyinin təminatı, müsəlman torpaqlarını işğalçı qütblərdən müdafiə və daim himayə etmək bəşəriyyətin sabitliyinə, davamlı sülhə böyük xidmətdir. Qüdsü, Qarabağı bu torpaqlarda insanlığa qarşı faciələr törətmiş bəşəri cinayətkarlara təslim etməmək, daim diqqətdə saxlamaqla müdafiə etmək hər bir müsəlmanın ilahi borcu, vəzifəsidir. Müsəlman torpaqlarının işğalına qarşı bir an belə susmaq olmaz. İslam ümmətinin hər bir övladının boynunda pak və müqəddəs vəzifələrdən biri Qüdsün, Qarabağın işğalına, baş verən cinayətlərə qəti etiraz səsini ucaltmaq, bu zülmün qarşısında dayanaraq onu aradan aparmaqdır. Qüdsün sionistlər tərəfindən qəsb edilməsi dünyanın ən böyük və dəhşətli işğal tarixinin başlanğıcıdır. Ona görə də bu müqəddəs məkanın azad edilməsi ümumi İslam məmləkətlərinin müstəqil, azad yaşamalarını, müstəqil siyasətlərini simvolizə edir. Bu mənada Qüdsün azad oluması bütün müsəlman torpaqlarının azadlığı, müstəqilliyi deməkdir".

  • Yazılıb
  • da (də) 2019 May 21
  • Göndərən مدير سايت Aran News