Tarix : 2019 May 22
Kod 58217

İsrail rejimi 1967-ci ildən bu yana Qüdsdə 5 min ev söküb

İsrail rejimi 1967-ci ildən bu yana Qüdsdə fələstinlilərə aid 5 min evi söküb. Beynəlxalq Qüds Təşkilatının "Hüquqa Qarşı İsrail" başlıqlı araşdırmasında Ərazi Araşdırmaları Mərkəzinin hazırladığı hesabata görə, 2000-2017-ci illərdə sökülən binaların sayının 1700-ə çatdığı bildirilib.

Arannews-Hesabatda İsrail rejiminin binaları icazəsiz inşa edildiklərini əsas göstərərək, sökdüyünə diqqət çəkilib.Beynəlxalq Qüds Təkilatı sionist dəstələrin 1948-ci ildə Fələstin xalqı və torpaqları əleyhinə böyük qətliamlar reallaşdırdığı daha sonra Misirin Sinay, Suriyanın Colan təpələri bölgələrini işğal etməsinin də İsrail rejiminin beynəlxalq hüquqa zidd davrandığının sübutu olduğu vurğulanıb.Beynəlxalq Qüds Təşkilatı araşdırma hesabatında 1967-ci ildən 2017-ilə qədər İsrail rejiminin Qüdsün şərqində 14 yəhudi yaşayış məntəqəsi, yüzlərlə tikili inşa etdiyi və buralarda ümumilikdə 220 min yəhudi miqrantın yaşadığı bildirilib.Araşdırma hesabatına görə, Qüds şəhərinin şərqinin yaşayış ərazisinin 26 faizi yəhudi yaşayış məntəqələri inşası və ya qurulmuş ərazilərin genişləndirilməsi üçün qəsb edilib.Hesabata görə, İsrail rejimi bir yandan da fələstinliləri zorla köçürmə siyasəti tətbiq edib. Bu siyasətlə 1948-ci ildən bu yana Qüdsün kəndələrindən minlərlə fələstinli zorla köçürdülüb.

Hesabatda bu siyasətin bu gün də davam etdiyi, yəhudi miqrantlara yer açılması və yəhudiləşdirmə fəaliyyətləri üçün fələstinlilərin zorla köçürüldüyü bildirilib.

İsrail rejiminin bunlardan başqa da beynəlxalq hüquqa zidd çox hərəkətlər etdiyi qeyd olunub. Misal olaraq irqçi ayrı-seçkilik divarı, fələstinlilərin mühakiməsiz öldürülməsi, həbsləi, Fələstinin təhsil sahəsini ələ keçirilməsi, faktiki müharibə göstərilib.

Felestin.info

  • Yazılıb
  • da (də) 2019 May 22
  • Göndərən مدير سايت Aran News