Xəbər Lenti

Baş redaktorun apelyasiya şikayəti təmin edilməyib

Seyid Sədr tərəfdarlarını etirazlara səslədi

İran Azərbaycanın dollardan imtina etməsini istəyir

Paşinyan Qarabağa görə Təhlükəsizlik Şurasının iclasını çağırdı

Gürcüstan höküməti etirazçıların tələbini qəbul etdi

ÇAVUŞOĞLU SƏRT DANIŞDI: ABŞ nə deyirsə desin

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub

Gürcüstan dağılır, Türkiyədə iqtidar-müxalifət bir-birini qırır. Çünki onların İlham Əliyev.

Quran yarışları başa çatdı, qaliblər mükafatlandırıldı

İstanbul seçkiləri: Ərdoğan İmamoğlunu təbrik etdi

Gəncə hadisələrinə görə həbs olunan şəxsin durumu pisləşib

Gürcüstanda etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar

Müdafiə Sənayesi Nazirliyi ləğv olunmayıb - Rəsmi

Gürcü etirazçılar daxili işlər nazirinin istefasını tələb ediblər

Həccin vacib olmasının 3 əsas şərti

İran şirkəti Qarabağda Şuşa məscidini bərpa edir

Putin Gürcüstana uçuşları qadağan etdi

Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb

Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır

Mahir Salah: "Fələstinli qaçqınlar işinin ləğvinə icazə verməyəcəyik"

Ərdoğan İlham Əliyevə zəng edib

Azərbaycan R-nın nazirlər kabinetində dəyişiklik

İran və Türkiyə birgə əməkdaşlıq barədə strateji sənəd imzalayıblar

Etirazlar və qarşıdurmalardan sonra Gürcüstanda səs-küylü istefa

Hakim AXCP fəalının vəkilinə onun şəxsi işi ilə tanış olmağa imkan verməyib

Tehran və Bakı məşğulluq və iş yerlərinin yaradılması sahəsində həmkarlıq edəcəklər

Qarabağ Komitəsinin sədri dəyişib

Gürcüstanda etirazlar: DİN rəhbəri istefa verməyə hazır olduğunu bildirib

Putin mümkün ABŞ-İran müharibəsi barədə danışdı

BMT: Yəmən tarixin ən pis insan faciəsini yaşayır

Azərbaycan Ermənistan ordusunun təlimlərini nəzarətə götürdü, görüntü yaydı

Rusiya ABŞ-ın İrana qarşı faktlarının etibarsız olduğunu vurğulayıb

“Mursinin ölümü təbii olmayıb” – Ərdoğan

Azərbaycan iyulun 15-də BMT-yə hesabat verəcək

Gürcüstanda yeni səhiyyə naziri təyin olundu

Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

İşğalçı İsrail snayperinin vurduğu 7 aylıq qızcığazı ABŞ həkimləri xilas etdi

Bakı-Məşhəd marşrut xətti üzrə razılıq əldə edilib

Mübariz İbrahimovun şəhadət günüdür

Zakir Həsənov: Beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir

Arxiv Print RSS
 
Tarix : 2019 May 23     |     Kod : 58219

TBİLİSİDƏ HZ. İMAM HƏSƏNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

TBİLİSİDƏ HZ. İMAM HƏSƏNİN (Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Arannews-Hədəf14.az xəbər verir ki, ötən gün Tbilisi şəhərində Hz. İmam Həsənin (ə) təvəllüdü münasibəti ilə iftar zamanı tədbir keçirilib. Tədbirdə Azərbaycan, İran İslam Respublikası (İİR) və Türkiyə Cümhuriyyətinin səfirləri və diplomatik korpus nümayəndələri, din xadimləri, dövlət rəsmiləri və şəhər dindarları iştirak edib. Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir Məşədi Vidadi Qurbanovun Quran tilavəti ilə başlayıb. Sonra məclisin aparıcısı Kərbəlayi Pərviz Abdullayev əlamətdar günlər haqda açıqlama verərək çıxış üçün kürsüyə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidovu dəvət edib. O, öncə məsum Əhlibeyt imamların nəzərində orucun fəlsəfə və faydalarından, imamların Ramazan ayını necə yaşamalarından və tövsiyələrindən. Sonra bu Ramazan günlərində dünyada baş verən hadisələr, aclıq və insan qırğınlarından danışıb. O qeyd edib ki, “Ramazanın önəmli dərslərdindən biri də ictimai yardımlaşma, insanlara rəhmli davranış və sevgi göstərmək olsa da bu gün dünyada 820 milyon insan -yəni hər 9 insandan biri aclıq içində olsa da onlara lazımı yardım olunmur. Milyonlarla körpə aclıqla üzbəüzkən, 130 mindən çox Yəmənli uşaq aclığın törətdiyi fəsadlardan dolayı xəstəxanalara qaldırılaraq dünyalarını dəyişibdir. Çox dəhşətli haldır ki, Allah bu gün dünyaya 300 trilyon sərvət bəxş edib. Ancaq təəssüflə hər il 750 milyar dolar ərzaq israf olunub, 1,3 milyar ton ərzaq isə zibilə atılarkən yer üzünün bir çox güşələrində insanlar bir tikə çörəyə, təmiz suya möhtacdır. Rəhmət ayında oruclu halda Allahdan rəhm gözləyənlərin bəzisi Allahın bəndələrinə rəhmli davranmırlar. Bir sözlə təəssüflə qeyd etməliyik ki, dünyada oruc tutulsa da orucun məqsədi yetərincə yaşanmır” Sonra məclisdə iştirak edən Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov, İİR-ın ölkəmizdəki səlahiyyətli səfiri Cavad Qevam Şəhidi, Türkiyə Cümhuriyyəti Səfirliyinin din üzrə müşaviri Hacı Ehmed Erdem, Dini Məsələlər Üzrə Dövlət Agentliyinin nümayəndəsi Abay Paşayev və Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurasının sədri Hacı İsak Novruzov mərasim iştirakçılarını salamlayıb, əziz və müqəddəs günlər münasibəti ilə təbrik, ürək sözləri və xoş arzularını çatdırıblar. İftar süfrəsi ətrafında keçirilən mərasim Məşədi Səid Həsənin ifasında könülə oxşayan dini ilahilərlə davam edib. Sonda dünyaya və ölkəmizə sülh, bolluq-firavanlıq, ailələrə xöşbəxtlik və körpələrə sevinc arzu olunub. Bu ayda dua və ibadətlərin qəbul olunması üçün dualar edilib. Tədbir süfrə duası ilə sona çatıb.

Xatun Etibarqızı



Yazılıb da (də)   2019 May 23  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap
 
', 'auto');ga('send', 'pageview');