Xəbər Lenti

“Qaloş piri”, Azərbaycanda xalis İslam əleyhinə qarayaxmaya xidmət vasitəsi

Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək

Qarabağ müharibəsi əlillərini bahalı hədiyyə ilə sevindirdilər

Ruhani: İran terrorizmin dünyanın digər məntəqələrinə sızması və yayılmasına mane olubdur

İran və Türkiyə beynəlxalq əlaqələrdə təkvektorluluğa qarşı çıxıblar

Milli Qəhrəman Çingiz Mustafayevin şəhadətindən 27 il ötür

Türkiyə: ABŞ bizi boyun əydirə bilməyəcək

Murad Köhnəqala azadlığa buraxılıb

Ayətullah Xamenei: Atom bombası istəsəydik, ABŞ heç nə edə bilməzdi

İran və Azərbaycan R. arasında yol nəqliyyatı memorandumu imzalanıb

Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib

Ərdoğandan ABŞ-a S-400 mesajı: Bu iş bitib

Qarabağda atışma - Erməni hərbçisi məhv edildi

Azərbaycanda 5 km 100 m uzunluqda dövlət bayrağı hazırlanıb

Cəbhədə gərginlik artır: Ermənilər Azərbaycanın hərbi aviasiya vasitələrinə raket atdı

İnqilab Rəhbərinin vurğunu olan Ukrayna güləşçisi kimdir

Xələf Xələfov: "Keşikçi Dağı ilə bağlı Gürcüstanla danışıqlarımız davam edir"

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib

Fuad Abbasovun anasından prezidentə və birinci xanıma

Ukraynalı idmançı üzərində Ayətullah Xameneinin şəkli olan köynəklə səkiyə çıxdı

"Yəhudilərlə bizim bir ortaq cəbhəmiz, tək düşmənimiz var, o da şiələrin Mehdisidir!" - Bin Salman

ABŞ dövlət katibi Gürcüstanla əlaqələrindən danışıb

Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlığa dair sənəd imzalanacaq

QMİ sədrinin nümayəndəsi “Qaloş piri” videosuna münasibət bildirib

Qəbələdə üç ölkənin Müdafiə nazirləri görüşür

Putin ABŞ-ın hərəkətlərinin təhlükəli nəticələri haqda xəbərdarlıq edib

HƏMAS işğal altındakı torpaqlarda müqavimətin yüksəldilməsini istədi

Qarabağ məntəqəsində Azərbaycan Respublikasının bir hərbçisi öldürülüb

Ermənistan Müdafiə Nazirliyi hərbçimizi şəhid edən qatilləri mükafatlandırdı

Mülki geyimlilər AXCP fəalını apardı – Xəbər yoxdu

Naxçıvanda Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirildi

Türkiyədə 70 kq-lıq Quran nüsxəsi hazırlandı

`İslam dini – əqlaniyyətə və rasionallığa söykənən bir dindir`

Rövşən Əhmədli və Eldəniz Quliyev siyasi məhbuslarla görüşdü

Rusiya Suriyada ABŞ-a qarşı ən yeni məxfi silahlarını istifadə edir

Azərbaycan iqtisadiyyatı hansı vəziyyətdədir

Bakıda vəkili döyən polislər işdən çıxarılıb

Arxiv Print RSS
 
Tarix : 2019 May 23     |     Kod : 58220

Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş “Qartal yuvası” filminin təqdimatı keçirilib

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filminin təqdimatı keçirilib.

Arannews-Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filminin təqdimatı keçirilib.Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, “Milli Qəhrəmanlar” silsiləsindən “Salnaməfilm” studiyasında çəkilən filmin rejissoru Çingiz Həsənovdur.Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ötən əsrin 90-cı illərin əvvəllərində erməni qəsbkarlarının xalqımız başına gətirdiyi müsibətlərdən söhbət açdı. “Müstəqilliyi əldə etmək asandır, amma onu qoruyub saxlamaq çətindir. Müstəqilliyimiz uğrunda, torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda həlak olan hər bir şəhid bizim üçün əzizidir. Bu ölkədə yaşamağımızın ən vacib səbəblərindən biri də məhz bizim şəhidlərimizdir. Seymur Məmmədov kimi qəhrəmanlarımız olmasaydı, bu gün bilmək olmazdı Azərbaycan hansı vəziyyətdə olardı. Hər birimizin də borcudur ki, şəhidlərimizi qəlbimizdə yaşadaq, onları uca tutaq”, - deyə Vaqif Əliyev qeyd etdi.Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxışında vurğuladı ki,həqiqətən də şəhidlər varsa, demək vətən də var. Şəhidlər xalqımızın qürur və inam yeridir: “Möhtərəm Prezidentin ötən il seçkilərdən sonra imzaladığı ilk sərəncam şəhid ailələri ilə bağlı idi. Bu sərəncama əsasən şəhid ailələrinə birdəfəlik yardım göstərildi. Ondan öncə və sonra da dövlət başçısı şəhid ailələrinə sosial qayğının artırılması ilə bağlı sərəncamlar imzalayıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Aprel döyüşlərinin qəhrəmanları ilə çox səmimi görüşü oldu. Müharibə veteranları, şəhid ailələri daim dövlətimizin diqqət mərkəzindədir”.Filmin rejissoru Çingiz Həsənov çıxış edərək bildirdi ki, bu cür ekran əsərlərinin məqsədi respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən və şəhidlik zirvəsinə ucalan mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir.Milli Qəhrəman Seymur Məmmədovun anası Xurşid Babayeva çıxış edərək şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, tədbirin təşkilatçı və iştirakçılarına təşəkkür etdi.Çıxışlardan sonra Milli Qəhrəman Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” filmi nümayiş olundu.Seymur Məmmədov 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açıb. 1991-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Almaniya və Ukraynada keçib. Ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılıb. Seymur bir neçə kəndin azad edilməsində qəhrəmanlıq göstərib. 1992-ci il aprelin 1-i Seymurun son döyüşü olub. Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə hər birində igidlik göstərən Seymur 21 yaşında qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.


Yazılıb da (də)   2019 May 23  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap