Arannews-“Islam.ru”-ya istinadən verdiyi xəbərə əsasən, Avstriya parlamentinin müstəqil üzvü Marta Bisman ümumi iclasdakı öz çıxışı zamanı, ibtidai məktəblərdəki hicab qadağasına etiraz olaraq başını yaylıqla örtüb.Hicab taxan Bisman deyib: “Nə dəyişdi? Mən artıq başqa biri oldum? Mən daha azad deyiləm?”, - deyə o qeyd edib.Onun sözlərinə görə, tətbiq edilən qadağa gündəlik həyatda da hicabın qadağan edilməsi istiqamətində atılmış ilk addımdır.O bildirib ki, son 10 il ərzində sağçı “Azadlıq Partiyası”na (FPO) görə irqçilik və islamofobiya güclənib.“Qadağanı gətirənlər dözümlülük və etiqad azadlığı kimi yüksək dəyərləri aradan aparmaq istəyirlər”, - deyə o əlavə edib.Xatırladaq ki, yeni qadağaya əsasən, 10 yaşadək olan qız uşaqlarına bütün ibtidai məktəblərdə başlarını örtməyə icazə verilmir.Qeyd edək ki, Avstriya əhalisinin 8 faizini müsəlmanlar təşkil edir (700 min - 2016)