Tarix : 2019 May 24
Kod 58222

Qədr gecəsi

Qədr gecəsi Quranın nazil olduğu və insanların bir illik işlərinin təyin olduğu gecədir. Qurani-kərimin Qədr və Duxan surələrində bu gecədən söz açılmışdır.

Qədr gecəsi Quranın nazil olduğu və insanların bir illik işlərinin təyin olduğu gecədir. Qurani-kərimin Qədr və Duxan surələrində bu gecədən söz açılmışdır.

Arannews-Qədr gecəsi ilin ən fəzilətli gecəsi, ilahi rəhmət gecəsi və günahların bağışlandığı bir gecədir. Bu gecə mələklər yer üzünə enirlər və bəzi hədislərə görə bəndələrin gələn ilinin müqəddəratını İmam (ə) ərz edirlər.

Qədr gecəsinin əməlləri

1. Qüsl.

2. İki rəkət namaz qılmaq. Hər rəkətdə Həmddən sonra 7 dəfə İxlas surəsini oxusun və namazdan sonra 70 dəfə desin: “Əstəğfirullahə və ətubu iləyh”.

Rəvayətdə gəlmişdir ki, öz yerindən qalxmamış Allah-təala onu, atasını və anasını bağışlayar.

3. Quran oxumaq.

4. Quranı başına qoyaraq Allahı 14 məsuma (ə) and vermək.

5. İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq.

6. Qədr gecəsini oyaq qalmaq. Rəvayətdə gəlmişdir ki, hər kəs Qədr gecəsini oyaq qalsa, onun günahları bağışlanar, hərçənd göydəki ulduzların sayı, dağların və dəryaların ağırlığı qədər olsa da.

7. 100 rəkət namaz qılmaq. Bu namazın çoxlu fəzilətləri vardır. Yaxşı olar ki, bu namazın hər rəkətində Həmddən sonra 10 dəfə İxlas surəsi oxunsun.

8. Dua oxumaq.

Qədr gecələrini qənimət bilək

Qədr gecəsi qəlb güzgüsünü təmizləmək üçün qızıl fürsətdir. Bu gecə pislikləri yaxşılıqlarla, ixtilaf və təfriqələri sülh və səfa ilə, zülmü yaxşılıqla, valideynə hörmətsizliyi onlara yaxşılıq etməklə, qohumlarla əlaqəni kəsməyi əlaqə yaratmaqla əvəz edək. Yaxşı olar ki, Qədr gecəsi sədəqə verməklə axirət evimizi abad edək, yaxşı və xeyir əməllərlə savabımızı qat-qat artıraq.


  • Yazılıb
  • da (də) 2019 May 24
  • Göndərən مدير سايت Aran News