Tarix : 2019 May 23
Kod 58224

Ramazan ayında düzgün qidalanmaqla bağlı Məsumlardan (ə) buyuruşlar

Məsumlarımız (s) Ramazan ayında düzgün qidalanmaqla bağlı bizə bəzi tövsiyələr verirlər ki, onlara nəzər salaq.

Arannews-Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutanın iftarını başladığı ən üstün şey kişmiş və ya şirin şeydir”.

İmam Sadiq (ə) buyurur: “Allahın Peyğəmbərinin (s) iftarını etdiyi ilk şey rutəb zamanında rutəb idi (yəni, yetişmiş xurma), xurma zamanında xurma idi (yəni, qurumuş xurma)”.

İmam Baqir (ə) buyurur: “Allahın Peyğəmbəri (s) nə zaman oruc olurdu halva (şirniyyat) tapmayanda su ilə iftar edərdi”.

İmam Sadiq (ə) buyurur: “Allahın Peyğəmbəri (s) nə zaman iftar etsəydi, halva ilə başlayardı. Əgər tapmasaydı – şirniyyatla və ya bir neçə xurma ilə. Əgər bunlar da olmasaydı, ilıq su ilə iftar edər və buyurardı: Mədə və qaraciyəri təmizləyir və ağzın iyini xoşətirli edir, dişləri bərkidir, gözün qarasını gücləndirir, gözün bəbəyini nurlu edir və günahları tamamilə yuyur. Həyəcanı və ödü yatızdırır. Bəlğəmi qət edir, mədənin hərarətini aramlaşdırır və soyuqdəyməni aparır”.

İmam Baqir (ə) buyurur: “İmam Əli (ə) xoşlayırdı ki, südlə iftar etsin”.

İmam Sadiq (ə) buyurur: “Su ilə iftar etmək, ürəkdə olan çirkinlikləri aparar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Səhər obaşdan yeyin, hətta əgər bir qurtum su ilə olsa belə. Allahın salavatı səhər obaşdan yemək yeyənlərədir”.

İmam Sadiq (ə) buyurur: “Sizin ən üstün obaşdan yeməyiniz – xurmadır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs bir şey içməzdən əvvəl yemək yeyər və səhər obaşdana meyil edər və özünə bir qədər ətir vurar – oruc tutan zaman daha çox gücə malik olar”.

Bunu qeyd etmək lazımdır ki, o zaman ki, hədislərdə şirniyyatın adı çəkilir, təbii şirnilər nəzərdə tutulur. O cümlədən: bal, xurma, kişmiş. Halva dedikdə isə o halva nəzərdə tutulur ki, bal və ya xurma şirəsi ilə hazırlanmış olsun.

/Deyerler.org/
  • Yazılıb
  • da (də) 2019 May 23
  • Göndərən مدير سايت Aran News