Tarix : 2019 May 31
Kod 58231

Qüds Günü: İnsanlıq meyarı

Beynəlxalq Qüds Günü uşaq qatili və qəsbkar sionist rejiminə etiraz günüdür. İslam İnqilabının banisi həzrət İmam Xomeyninin təşəbbüsü ilə mübarək Ramazan ayının axırıncı cümə günü Qüds Günü adlanmış bu gün hər bir inanclı və vicdanlı insan öz gücü səviyyəsində irəli çıxır və öz insanlığını nümayiş etdirir. Aydındır ki, iştirak keyfiyyəti və kəmiyyəti nə qədər rəngli olsa, insanlıq orbitinin mərkəzinə bir o qədər yaxın olacaq.
Müxtəlif dövrlərdə dünyada müxtəlif və növbənöv hadisələr baş vermişdir. Aaş verən acı və şirin hadisələr bəzən insaflı və vicdanlı insanların qəlbini yandırmış, bəzən də onların sevincinə səbəb olmuşdur.
Bu hadisələrin şiddət və hiddəti də fərqli, onun insanların taleyinə təsiri və dünya tarixi ilə uyğun olmuşdur.
Həqiqətdə bəşər tarixi dünyada baş verən hadisələri nəzərə almadan puç və mənasızdır. Çirkin və gözəl, yaxşı və pis, haqq və batil... hamısı və hamısı bu hadisələrlə üzləşdikdə məna tapır. Vurğulanan bu ifadələrin müsbət tərəfi hadisə ilə üzləşdikdə insaf və vicdana riayət etməyin nişanəsidir. Onun mənfi siması isə hadisə baş verdikdə insafsızlıq və vicdansızlıq etməklə yaranır; çirkin gözəl, pis yaxşı, batil haqq kimi təqdim edilir.
İnsanlıq meyarı da –din və məzhəbi nəzərə almadan– bu kimi işlərdir. İnsanlar insaf və vicdana nə qədər yaxın olsalar, onların insanlıq meyarı bir o qədər yüksələr.
Zalımın zülmü qarşısında etinasızlıq insanlıq qarşısında dayanmış nöqtədir. Etinasızlığın şiddəti nə qədər çox olsa, insanlıq dərəcəsi də bir o qədər aşağı olur.
İnsanlıq meyarı və məfhumuna bu qısa baxışdan insanlığın hansı olduğu aydın oldu. İndi isə elə bir hadisəyə baxaq ki, onunla üzləşdikdə insanların insanlıq dərəcəsini ölçür.
Fələstin məsələsi və tarixə görə fələstinlilərin torpağı olmuş bir yurdun işğalı gizlədilməsi mümkün olmayan böyük bir hadisədir. Bir vaxtlar bu diyarda İslam, Xristian və digər dinlərin ardıcılları bir-birinin yanında dinc şəkildə yaşayırdı. Onların arasında heç bir ixtilaf yaranmırdı. Amma İngiltərə çirkin qollarını çırmaladı və sionistlərə dəstək verdi, həmin dövrün digər güclü ölkələrinin köməyi ilə qondarma, qaniçən, işğalçı, uşaqöldürən və terroru dəstəkləyən bir rejim yaratdı.
Təqribən 70 ildir ki, məzlum Fələstin xalqı “İsrail” adı altında fəaliyyət göstərən məşum sionist rejim hadisəsi ilə əlbəyaxadadır və bu rejim hər gün Fələstində öz cinayət və işğalçılığını artırmaqda, ağırlaşdırmaqdadır. Belə ki, hal-hazırda Fələstinin 80 faizdən çox ərazisi sionist rejimin işğalındadır.
Dünya hər gün sionistlərin təpədən dırnağa qədər silahlanmış ordusunun fələstinlilərin evlərinin dağıtmasını, insanları qanlarına qəltan etməsini, sionist qəsəbələrinin sayının artmasını görür. Heyrətlisi budur ki, özlərini insan haqlarının müdafiəçisi adlandıran təşkilatlar dünyada baş verən bir çox faciə və cinayətlərə göz yumduqları kimi Fələstin faciəsinə də göz yummuşdur və sionist rejimin işğalçılığı qarşısında heç bir yetərli əməl etmirlər.
Qəzzəyə qarşı mühasirə hər gün daralır və onun günahsız sakinləri sionist rejimin növbənöv silahları vasitəsilə hücuma məruz qalır, qanlarına boyanır. Həmin vəziyyət Fələstinin digər məntəqələrində də hökmranlıq edir.
Uşaq qatili və işğalçı sionist rejim insani faciə törətmək üçün Fələstin əraziləri ilə kifayətlənməmişdir və dünya hər gün onun fitnə və şeytani planlarının şahidi olur.
Qətl, qarət və insanların başını kəsməkdən başqa işi olmayan İŞİD kimi terror qruplarına hərtərəfli dəstək vermək, müxtəlif ölkələrdə günahsız insanları, xüsusilə də İslam ölkələrinin alimlərini terror etmək, qaniçən Ali-Xəlifə, Ali-Səud və digər bu kimi rejimləri himayət etməyin hamısı sionist rejimin rüsvayçı və çirkin əməl dəftərinə yazılmışdır.
Sionistlərdən başqa insanları adama oxşayan heyvanlar hesab edən irqçi və Qüdsü işğal edən rejim belə inanır ki, qeyri-sionistlərlə hər hansı rəftar icazəlidir. Həqiqətdə insanları bir növ sionistlərin qulu bilir və hər hansı bəlanı onların başına gətirməyi özünə rəva bilir.
Beynəlxalq Qüds Günü belə bir vəhşi və yırtıcı rejimə etiraz günüdür. İslam İnqilabının banisi həzrət İmam Xomeyninin təşəbbüsü ilə mübarək Ramazan ayının axırıncı cümə günü Qüds Günü adlanmış bu gün, hər bir inanclı və vicdanlı insan öz gücü səviyyəsində irəli çıxır və öz insanlığını nümayiş etdirir. Həqiqətdə Qüds Günü dünyanın hər hər harasında yaşamasından, hər hansı din və məzhəbdə olmasından asılı olmayaraq bütün insanların insaf və insanlığının güzgüsüdür. Hər kəs bütün zülmkarlar qarşısında bütün məzlumlara dəstək olmalıdır. Aydındır ki, iştirak keyfiyyəti və kəmiyyəti nə qədər rəngli olsa, insanlıq orbitinin mərkəzinə bir o qədər yaxın olacaq.
Başqa sözlə və qısası, belə demək olar:
Qüds günü mərdlik, insaf, azadlıqsevərlik, zülmlə mübarizə günüdür.
Bir sözlə, Qüds Günü insanlıq meyarıdır!

  • Yazılıb
  • da (də) 2019 May 31
  • Göndərən مدير سايت Aran News