Tarix : 2019 May 29
Kod 58235

Milli Şuranın bayram tədbirində insident yaşandı, saxlanılanlar var (yenilənib)

Milli Şura günün sonunda saxlanılan Tofiq Yaqublu və daha 3 nəfərin sərbəst buraxıldığı barədə məlumat yaydı.

Mayın 28-də Milli Şuranın Respublika Günü münasibəti ilə Novxanı kəndində keçirdiyi bayram tədbirində insident yaşanıb.

İştirakçıların Meydan TV-yə verdiyi məlumata görə, polislər gözlənilmədən bayram yürüşünə toplaşanlara hücum edib, onların əllərindəki şüarları və bayraqları alıblar. Polisin bu hərəkətinə etiraz edənlərdən Tofiq Yaqublu və daha 3 nəfər saxlanılaraq naməlum istiqamətə aparılıb.

Bununla belə, Milli Şura üzvləri Məmməd Əmin Rəsulzadənin abidəsinin ətrafına toplaşıblar. Ancaq AXCP sədri Əli Kərimli çıxış edərkən bir neçə dəfə işığı söndürüblər. Buna etiraz olaarq iştirakçılar “İstefa” şüarını səsləndiriblər.

Əli Kərimli bildirib ki, hakimiyyət bir neçə gündür sosial şəbəkələrdə aksiyada təxribat olacağı barədə məlumat yayır:

“Ancaq təxribatı polislər özləri etdi. Hətta bayrağımıza qarşı hörmətsizlik göstərdilər. Eyni zamanda, fişəng atacağımız haqda təxrubatçı məlumat yayırdılar, amma biz bunları təkzib etdik. Baş verənlər Rəsulzadə və Cümhuriyyətə hörmətsizlikdur. Ancaq bacarmayacaqlar. Hanı Lenin, Stalin? Rəsulzadə isə milyonların qəlbindədir. Cümhuriyyətçi olmaq mətbuatın, iqtisadiyyatın bir əldə cəmləşməsinə, korrupsiyaya qarşı olmaq deməkdir. Cümhuriyyətçi olmaq parlamentin xalq tərəfindən formalaşması deməkdir. Bugünün şüarı Rəsulzadə, Cümhuriyyətdir. Biz cümhurriyyətin qurulması üçün hər bir qurucu babamızı hörmətlə anırıq. Amma Azərbaycan muxtariyyatının gündəmə gəlməsi Rəsulzadənin xidməti idi, istiqlal bəyannaməsi onun qələmindən çıxmışdı, parlamentar sistemdə də ən böyük fraksiya Müsavat fraksiya idi. Nəhayət, Cümhurriyyət irsinin qorunması, saxlanılması üçün çalışdı. Ona qarşı çox böyük ədalətsizlik var. Bolşeviklər və onların varisləri Rəsulzadəyə qarşı olublar. Rəsulzadə hər zaman inam nümunəsidir”.

  • Yazılıb
  • da (də) 2019 May 29
  • Göndərən مدير سايت Aran News