Tarix : 2019 Jun 02
Kod 58250

Tərbiz əhalisi Qüds Günü yürüşündə: Fələstin və Qarabağ azad olunsun-Foto

Təbrizin müsəlman və bəsirətli əhalisi Beynəlxalq Qüds Günü yürüşündə: “Qüds Günü təkcə Fələstin günü deyil, İslam günüdür. Fələstin, Qarabağ və İslam dünyasının işğal altında olan bütün torpaqları azad olmalıdır.”
AranNews – İranın müsəlman və azad xalqı bu gün Qüds Günü yürüşündə öz möhtəşəm iştirakı ilə İmam Xomeyninin (r) ideyaları və Fələstin məzlumlarını müdafiə etməkdən əl götürməyəcəyini təkid etdi.
Bu gün Təbrizin qəhrəman əhalisi də oruc olduğu halda Qüds Günü yürüşünə qatıldı, bir daha Fəlstinin məzlum xalqına və Qüdsün azadlığının uca ideyalarına dəstək verdi, “İsrailə ölüm”, “Amerikaya ölüm” şüarları səsləndirərək qondarma, uşaq qatili və işğalçı sionist rejimin məhvini istədi.
Bu ilki Qüds Günü yürüşündə diqqəti çəkən digər məsələ də Təbrizin oruc əhalisinin İslam torpaqlarının mühüm bir hissəsi kimi Qarabağ məsələsinə diqqət etməsi idi. Bu məsələ İmam Xomeyninin (r) mübarək Ramazan ayının son cümə gününü Qüds Günü adlandırmasına dərin strateji baxışını göstərir.
Həzrət İmam Xomeyni (r) Qüds Günü barədə buyurur: “Qüsd Günü təkcə Fələstin günü deyil, İslam günü və İslam hökuməti günüdür. Qüds günü supergüclərə İslam məmləkətlərində irəliləyə bilməyəcəklərini anlatmaq lazımdır.
Mən Qüds Gününü İslam günü və Rəsuli-əkrəm (s) günü bilirəm. Həmin gün biz bütün qüvvələrimizi təchiz etməli, müsəlmanlar salındığı təcriddən çıxmalı, bütün qüdrət və gücləri ilə yadların qarşısında dayanmalıdır.” (“Səhifeyi-İmam”, c. 9, səh. 278)
Təbrizin qeyrətli və bəsirətli əhalisi Fələstin məsələsi ilə birlikdə Qarabağın da işğaldan azad olunmasını, İslam ölkələrinin, xüsusilə də qonşu müsəlman

























ölkələrinin vəhdətini istədi.
  • Yazılıb
  • da (də) 2019 Jun 02
  • Göndərən مدير سايت Aran News