ABŞ İranla müharibəyə başlasa, bütün Yaxın Şərqdə vəziyyət qarışacaq, İsrail və Səudiyyə Ərəbistanı da bundan zərər çəkəcək
İslaminSesi-nin Mignews-a istinadən verdiyi xəbərə görə, bu haqda "Hizbullah" hərəkatının başçısı Seyid Həsən Nəsrullah Livanın dövlət televiziyasında çıxış edərkən bildirib.
"Regionda ABŞ-ın bütün qüvvə və maraqları məhv ediləcək, İsrail və Səudiyyə Ərəbistanı da bunun bədəlini ödəyəcək", - deyə o vurğulayıb.
Nəsrullah qeyd edib ki, "Hizbullah" - bir qüvvədir ki, onunla hesablaşmaq lazımdır, İsrail bu güc qarşısında zəifdir.
"Livanda yüksək dəqiqliyə malik raketlərimiz var, regionda vəziyyəti dəyişmək üçün onlar kifayət edər... İsrail hazırda çox zəifdir. Sionistlər Qəzza, Livan, Suriya,İran və İraqdan gələn raketlərdən qorxurlar", - deyə Nəsrullah hədələyib.
Bundan əlavə, "Hizbullah" lideri Vaşinqtonun "sülh planını" "Əsrin Cinayəti" adlandıraraq tənqid atəşinə tutub.