Qüds və Qarabağ hər ikisi İslamın bir parçasıdır. Qüds 70 ildir ki, işğal və təcavüzə məruz qalmışdır. Qarabağ da 25 ildir ki, işğalçılığın acısını dadır, bu yurdun əhalisi öz ata-baba torpaqlarından uzaq düşüb. Hər ikisinin taleyi dünya müsəlmanları üçün əhəmiyyətlidir.
AranNews – Dünyanın indiki vəziyyət və hadisələrinə ötəri nəzər saldıqda onun müxtəlif yerlərində baş verən çoxlu ədalətsizlik və insafsızlığın olduğunu görürük. Lakin onun vüsət və şiddəti fərqli, zülmkarın zülm səviyyəsinə uyğundur. Bu arada dünyanın iki məntəqəsi işğalçılıq və təcavüzün şahididir. Hər iki məntəqə də İslam dünyasına aiddir və İslam torpaqlarının ayrılmaz hissəsidir. Hər iki məntəqə qeyri-islami rejimlər tərəfindən zorla işğal edilib.
Qüds və Qarabağ hər ikisi İslamın bir parçasıdır. Qüds 70 ildir ki, işğal və təcavüzə məruz qalmışdır. Qarabağ da 25 ildir ki, işğalçılığın acısını dadır, Azərbaycandan ayrı salınıb, onun qəlbləri Qarabağın azadlığı sevgisi ilə döyünən xalqı bu yurddan uzaq düşüb.
Qüdsün haqlı və həqiqi sahibləri olan müsəlmanlar öz ev-eşiklərindən zor gücünə və zülmlə ayrılıb, köçkün düşüb; Qarabağın da həqiqi sakinləri və inkaredilməz sahibləri uzun illərdir ki, öz ata-baba yurdlarından köçkün düşüb və ona qovuşmaq arzusu ilə yaşayırlar.
Bəli, işğal. Bu nəhs və məşum söz bugün İslam dünyasının yaxasından yapışıb. Çox heyrətlidir ki, işğalçılar 1 milyard müsəlmanı, belə bir böyük potensialı olan İslam aləminə əl uzatmağa, onun torpaqlarını işğal etməyə cürət edirlər.
İslam ümmətinin vəhdət, birlik və ayıq-sayıqlığı İslam torpaqlarının işğalına son qoyulmasının rəmzidir. Bundan qeyri surətdə işğalçıların işğalçılığı davam edəcək, Qüds və Qarabağın ortaq dərdi olan işğalçılıq yerində qalacaq və həll olmayacaq.