Tarix : 2019 Jun 05
Kod 58268

Azərbaycandan Gürcüstana səfər edənləri sayı açıqlanıb

Ötən ay Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 99 073 nəfər təşkil edib.

Arannews-Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı 436 nəfər və ya 0,4% artıb.

May ayında Azərbaycan Gürcüstana səfər edən əcnəbi ziyarətçilərin sayı baxımından Rusiyadan (113 138 nəfər) sonra ikinci yeri tutub.

Bu ilin yanvar-may aylarında isə Azərbaycandan Gürcüstana 497 937 nəfər səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 12 204 nəfər, yaxud 2,5% çoxdur.

2019-cu ilin ilk beş ayı ərzində Gürcüstana ən çox səfər edən əcnəbilər arasında Azərbaycan vətəndaşları ikinci yeri tutub. Birinci yerdə 539 432 nəfərlə Rusiya qərarlaşıb.

  • Yazılıb
  • da (də) 2019 Jun 05
  • Göndərən مدير سايت Aran News