Iran Servisi/Aran Agentliyi
İranın Andimeşk şəhərindən şimalda böyük ehtiyatlara malik yeni neft yatağı tapılıb. Lent.az-ın “Asociated Press” agentliyinə istinadən verdiyi məlumata görə, İran neft naziri Qulamhüseyn Nozari yataqda 1,1 milyard barrel neft olduğunu bildirib. Nazirin sözlərinə görə, tapılan yataqda 233 milyon barrel «çox yüngül neft» var. Onun sıxlığı Amerika Neft İnstitutunun cədvəli ilə 33 dərəcədir