Höccətül-islam vəl-mislimin Ali Haşim mübarək Ramazan ayının son səhərində Təbriz xaricə yayım radiosunun qonağı olaraq canlı yayımda Azərbaycan Respublikası müsəlmanları ilə söhbət edib.
“Qafqaz həqiqətləri” saytının verdiyi xəbərə görə, höccətül-islam Seyid Məhəmmədəli Ali-Haşim Ramazan ayınn sonuncu günü Təbriz xaricə yayım radiosunun “Obaşdanlıq” verlişində iştirak edərək canlı yayımda verlişin dinləyicilərinin dini suallarına cavab verib və onlarla söhbət edib.
Təbrizin imam cüməsi bu bir saat yarımlıq verlişdə Azərbaycan Respublikası müsəlmanlarını Fitr bayramı münasibətilə təbrik edib, onların fitrə zəkatı, onun miqdarı ilə bağlı suallarını cavablandırıb.
İmam cümə söhbətlərinin bir hissəsində deyib: “Dünyanın bütün müsəlmanları dini və ilahi vəzifələri yerinə yetirməkdə azad əməl etməlidir, müxtəlif dövlətlər bu məsələdə onlara məhdudiyyət yaratmaqdan çəkinməlidir.”
İran İslam Respublikasının böyük banisi İmam Xomeyninin (r) vəfat günü ilə eyni zamanda yayımlanan bu verlişdə Vəliyyi-fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi söhbətlərinin bir hissəsini bu mövzuya həsr edib.
Azərbaycan Respublikası dindarları İmam Xomeyni (r) və Ali Məqamlı Rəhbərin şəxsiyyəti ilə bağlı suallar verib, Təbriz imam cüməsi ilə bu mövzuda söhbət ediblər.
Təbriz xaricə yayım radiosundan canlı yayımlanan “Obaşdanlıq” verlişi mübarək Ramazan ayında Qafqaz, Azərbaycan və Türkiyəli dinləyicilər üçün dini, mədəni və Quranla bağlı mövzuları izah etmək məqsədilə hazırlanmışdır.