Tarix : 2019 Jun 10
Kod 58298

Rövşən Əhmədli və Eldəniz Quliyev siyasi məhbuslarla görüşdü

İyunun 1-də İnanclı Məhbusların Müdafiə Komitəsinin həmsdərləri, hüquq müdafiəçiləri Rövşən Əhmədli Və Eldəniz Quliyev siyasi məhbuslara baş çəkib.

Arannews-Onların vetenugrunda.az-a verdikləri açıqlamaya görə, 6 saylı cәzaçәkmә müәssisәsindә və “Qobustan” qapalı tipli hәbsxanada olublar.

6 saylı saylı cәzaçәkmә müәssisәsnin rәisi Mәmmәd Mahmudovla, sonra isә siyasi mәhbuslar AXCP fәalı, Qarabağ qazisi Babәk Hәsәnli vә Müsәlman Birliyi Hәrakatının üzvü Әhsәn Nuruzadә ilә görüşüblər.

Təmsilçilər 10 günlük “kars” cəzası alan Ә.Nuruzadәyə aclıq aksiyasını dayandırmağı xahiş ediblər: “Ə.Nuruzadəyə anasının tələbini çatdırdıq. Anası ondan aclqı aksiyasını dayandırmağı tələb edirdi. Əhsən anasının tələbinə əməl etdi, aclıq aksiyasını dayandırdı.  Rəhbərliklə Əhsənin “kars” cəzası ilə bağlı ədalətli qərar çıxarmağı müzakirə etdik. Hər iki məhbusun əhval-ruhiyyəsi çox yaxşı idi”.

Təmsilçilərin verdiyi xəbərə görə, müәssisәnin rәis müavini işlәyәn Zakir Bәdirxanov soyadlı birisinin adı kalonda baş verәn bütün mәkirli vә çirkli oyunlarda hallanır: “Onun ifrat vә әdalәtsiz әmәllәri barәdә bir neçә nәfәrdәn eşitdik vә tәbii ki, öz narazılığımızı dәrhal rәis M.Mahmudova bildirdik. Rәis mәsәlәni aydınlaşdıracağını, müvaffiq tәdbir görәcәyini bildirdi”.

Təmsilçilər “Qobustan” hәbsxanasında olub. Həbsxananın rəisi Aftandil Ağayev onları qəbul edib. Siyasi məhbuslar, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Sәmәdov və Nardaran mәhbusu Cabbar Cabbarovla bağlı problemlәr haqda danışıblar: “Bәzi mәsәlәlәr yerindәcә hәll olundu. Әvvәl Tale Bağırzadә ilә, sonra Mövsüm Sәmәdovla, daha sonra isә Cabbar Cabbarovla görüşüb geniş vә sәmimi söhbәt etdik. Hər üçünün əhval-ruhiyyəsi yaxşı idi, dostlara, әqidәdaşlara vә doğmalara salam-dualarını dedilәr”.

Qeyd edək hüquq müdafiəçiləri Pentensiar Xidmətə siyasi məhbuslar Tale Bağırzadə, Abbas Hüseyn, Cabbar Cabbarov, Əhsən Nuruzadə, Babək Həsənli, Məhəmmədəli Axundzadə və digərləri ilə görüşmək üçün müraciət ediblər. Lakin qurum təmsilçilərə ancaq 5 məhbusla görüşmək imkanı yaradıb.

  • Yazılıb
  • da (də) 2019 Jun 10
  • Göndərən مدير سايت Aran News