Tarix : 2019 Jun 11
Kod 58303

Mülki geyimlilər AXCP fəalını apardı – Xəbər yoxdu

Xalq Cəbhəsi Partiyasının fəalı Bəşir Tarıverdiyev iyunun 10-da mülki geyimli şəxslər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb.

"Arannews- "İslaminSesi" xəbər verir ki, YeniSabaha-a verilən məlumata görə AXCP-dən verilən məlumata görə, saat 12:40 radələrində Tarıverdiyev paytaxtın Binəqədi rayonunda yerləşən iş yerindən çıxarkən naməlum şəxslər tərəfindən saxlanılıb.

"Saxlanma sәbәblәri vә hazırda saxlandığı yer barәdә heç bir mәlumatımız yoxdur. 102 xidmәtinә artıq xәbәr vermişik, lakin bizә hәlә dә heç bir mәlumat verilmәyib", deyə AXCP nümayəndəsi bildirib.

DİN-dən şərh almaq hələl ki, mümkün olmayıb.

  • Yazılıb
  • da (də) 2019 Jun 11
  • Göndərən مدير سايت Aran News