Tarix : 2019 Jun 11
Kod 58306

HƏMAS işğal altındakı torpaqlarda müqavimətin yüksəldilməsini istədi

Fələstinin İslami Müqavimət Hərəkatının (HƏMAS) sözçüsü Hazim Qasım ABŞ-ın İsrail rejimindəki səfiri Devid Fridmanın sözlərinin Fələstin xalqına qarşı düşmənçiliyə ABŞ-ın nə qədər dərindən tərəfdaş olduğunu və Fələstin məsələsinin əsas elementlərini necə hədəfə aldıqlarını bir daha göstərdiyini bildirib.Palinfo

Hazim Qasım açıqlamasında Fridmanın sözlərinin İsrail rejiminin radikal sionist sağ kəsiminin mövqeyinə uyğun olduğunu və ABŞ-ın ərəb kəsimin bütün mövqelərini nə dərəcə bəsit qəbul etdiyini göstərdiyini söyləyib.

 Qasım ABŞ-ın Fələstin iddiasını tamamilə aradan aparmaq istiqamətindəki siyasətinin bir hissəsini aşkara çıxaran bu sözlər qarşısında birlik içində hərəkət etməli olduğunu, Fələstin rəhbərliyinin də “Əsrin müqaviləsi” planı qarşısında gözləmə dairəsindən çıxaraq, bu plana qarşı mövqe sərgiləməli olduğunu bildirib.

 HƏMAS-ın sözçüsü bu mərhələdə İordan çayının qərb sahilinin ən çox hədəfə alındığını nəzərə alıb, burada müqavimət əlinin yüksəldilməsi və işğal rəhbərliyiylə də təhlükəsizlik əməkdaşlığının sona çatdırılması üçün müraciət edib.

 Xatırladaq ki, ABŞ-ın İsrail rejimindəki səfiri Devid Fridman İsrail rejiminin Fələstinin İordan çayının qərb sahilindəki hissəsini qismən ilhaq etmək haqqının olduğunu söyləmişdi.

  • Yazılıb
  • da (də) 2019 Jun 11
  • Göndərən مدير سايت Aran News