Tarix : 2019 Jun 12
Kod 58311

Ukraynalı idmançı üzərində Ayətullah Xameneinin şəkli olan köynəklə səkiyə çıxdı

Ukraynada güləş üzrə çempionat yarışlarında qızıl medal qazanmış idmançı öz medalını almaq üçün üzərində Ali Məqamlı Rəhbərin şəkli olan və “Ləbbeyk ya Xamenei” yazılmış köynəklə səki üzərinə çıxıb.
22 yaşlı Elmar Nurəliyev əslən Azərbaycan Respublikasındandır və hal-hazırda Ukraynada yaşayır, 11 ildir ki, güləş üzrə idman fəaliyyəti ilə məşğuldur.
E. Nurəliyev Ukraynada keçirilən çempionat yarışlarına qatılıb və birinci yeri tutaraq qızıl medala layiq görülüb.
Öz medalını almaq üçün üzərində həzrət Ayətullah əl-üzma Xameneinin şəkli və “ləbbeyk ya Xamenei” şüarı yazılmış köynəklə səki üzərinə çıxan Elmar bu hərəkəti ilə bağlı müsahibəsində deyib: 
“Mən ağa Seyid Əli Xameneiyə təqlid edirəm. Niyyət etmişdim ki, əgər qızıl medal qazansam həzrət Ağanın şəkli olan geyimlə səki üzərinə çıxım. Çünki o, mənim canımdır. Doğrudan da Ağanın adı istər latınca yazılsın, istərsə də farsca, hər tərəfdən yazılır yazılsın, ağadır. Bu ad mənim mövlam Seyid Əli Xameneiyə layiqdir.”
Jurnalistin “İnqilabın Böyük Rəhbərinə demək istədiyiniz bir söz varmı” sualına cavab verən mömin idmançı deyib: 
“Mən kiməm ki, ona bir sözüm olsun. Təkcə bunu deyə bilərəm: Canım sənə qurban olsun!”
E. Nurəliyev əlavə edib ki, Ağanı görmək mənim arzumdur. Əlbəttə, bilirəm ki, onu gördükdə xəcalətimdən başımı qaldıra bilmərəm. Amma bilirəm ki, ona aşiqcəsinə baxacağam və onun bizim böyüyümüz olması ilə iftixar edirəm. Kaş, bir gün onu görə biləm.
İdmançı iki dəfə İrana səfər etdiyini; bir dəfə 2016-cı ildə yarışda iştirak etmək, bir dəfə də 2017-ci ildə Xanım Fatimə Məsumə (ə), İmam Rza (ə) və İmam Xomeyninin (r) hərəmini ziyarət etmək üçün İrana getdiyini deyib.
Çempionatın qəhrəmanı İslam şəhidlərini, xüsusilə də hərəm müdafiəçiləri şəhidlərini uca tutduğunu vurğulayaraq hərəm müdafiəçiləri haqda deyib: 
“Onlar həzrət Zeynəbin (ə) hərəmindən bir kərpicin də düşməsinə imkan vermədilər. Hərəm müdafiəçiləri şəhidləri aşiqcəsinə Allahla müamilə etdilər.
Biz hamımız öləcəyik. Lakin ən yaxşı ölüm dünyanı şəhadətlə tərk etməkdir. Şəhadət ən böyük və ən uca mərtəbədir.”
E. Nurəliyev müsəlmanlar üçün vəhdətin ən mühüm məsələ olduğunu deyib.
  • Yazılıb
  • da (də) 2019 Jun 12
  • Göndərən مدير سايت Aran News