Arannews-NTV-yə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya istehsalı S-400 ZRK sistemlərinin tədarükü məsələsinin tamamlandığını təsdiq edib.
Onun sözlərinə görə, S-400-lə İyul ayında Türkiyəyə tədarük ediləcək.
“Mən demirəm ki, Türkiyə S-400-ləri əldə edəcək. Deyirəm ki, Türkiyə artıq onları alıb. Bu, tamamlanmış işdir”, - deyə o qeyd edib.
O bildirib ki, Ankara öz müdafiəsi üçün heç kəsdən icazə almağa hazırlaşmır.
O əlavə edib ki, Türkiyə ABŞ-dan ABŞ sistemlərini satmağı xahiş etsə də, rədd cavabı alıb.