Tarix : 2019 Jun 16
Kod 58323

“Qaloş piri”, Azərbaycanda xalis İslam əleyhinə qarayaxmaya xidmət vasitəsi

Son günlərdə Azərbaycan Respublikasında “qaloş piri” məsələsi gündəmə gəldi və ölkə əhalisinin şəfa tapmaq və təbərrük məqsədilə kəndələrin birində Seyid Mir İbiş adlı mömin bir şəxsdən yadigar qalmış əşyalara toxunmasına səbəb oldu. Qeyd olunan mərasimin həqiqi islamçılar və xalis İslamın istehza edilməsi üçün potensialı olduğundan Azərbaycan Respublikasının mömin, bəsirətli və zəkalı əhalisi öz hərəkətlərində daha çox diqqət etməlidir ki, bu kimi işlər şiəliyin süstləşməsinə bais olmasın və şiə bədxahlarının dəyirmanına su tökülməsin.
AranNews – Xurafatçılıq və xurafatın müxtəlif dinlərə nüfuz etməsi doğru bir məsələdir. Əsrlər ötdükdən sonra bugün çeşidli xurafatların səmavi dinlər arasında rəvac tapdığını görürük. Bu arada dünyanın müxtəlif yerlərində İslam dini əleyhinə düşmənçiliklər və müsəlmanların inanclarına qarşı zehnləri sapındırmaq kimi çoxlu hərəkətlərin baş tutmasına diqqət etməklə xalis İslam dini zərbələr dalğası ilə üzləşmişdir. Bunun qarşısında müsəlman ümməti arasında ayıq-sayıqlıq artmalı, dini əhkam və təlimlər dərinləşməlidir.
Xurafat və onun ümmətlər arasında genişlənməsi tarix boyu həmişə olmuşdur və hər dövrün insanlarının dini təmayülləri səviyyəsində onun zahiri forması və əsasları da dəyişmişdir.
Xurafat və bidət məsələlərində məsum imamların (ə) və din böyüklərinin həssaslıq, xəbərdarlıq və narahatlıqlarına çox diqqət etmək lazımdır. Belə ki, xurafat və bidətdən çəkinmək, bunlara yol verməmək barədə islam mənbələrində çoxlu mötəbər rəvayətlərimiz mövcuddur. Bu rəvayətlərdə xurafat bütün dinlərin ən kamili olan İslam dini üçün şiddətli təhlükə və təhdid sayılmışdır.
Xurafatın tərvic edilməsi camiədə ağıl və məntiqin zəifləməsinə səbəb olur, insanları ağıl üzərindən düşünməyə qoymur, onları vəhmə çəkir, din və etiqadda gerilələməyə düçar edir, diri islami camiə üçün lazım olan tərəqqi və inkişafın qarşısını alır, dinamik mədəniyyətdən uzaqlaşdırır.
İnsanlar arasında xürafat və onun rəvacı təlaşları süstləşdiir, zaman ötdükcə camiəni durğunluğa sürükləyir. Xurafat dini və məzhəbi məsələlərə nüfuz etdikdə alim və mütəfəkkirləri dindən uzaqlaşdırır, tədricən işi o yerə çatdırır ki, dinin qarşısında dayanırlar.
Sözümüzün daha aydın olması və onun əhəmiyyətinin izahı üçün xurafat, bidət və onun təhlükələri ilə bağlı bir sıra Quran ayələrinə və məsumların (ə) hədislərinə nəzər salaq:
1.
وَإِذْ أَخَذَ اللَّهُ مِيثَاقَ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَتُبَيِّنُنَّهُ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُ
“O zaman Allah Kitab verilənlərlə əhd bağlayıb: “Siz o (Kitabı) mütləq insanlara aydınlaşdıracaqsınız və onu gizlətməyəcəksiniz!”– deyə buyurdu.” (“Ali-İmran” surəsi, ayə 187)
2.
إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَىٰ مِنْ بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ ۙ أُولَٰئِكَ يَلْعَنُهُمُ اللَّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ
“Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar.” (“Bəqərə” surəsi, ayə 159)
3.
وَمَنْ أَظْلَمُ مِمَّنْ كَتَمَ شَهَادَةً عِنْدَهُ مِنَ اللَّهِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ
“Allahın onlara nazil etdiyi şəhadəti gizlədən kimsələrdən daha zalım kim ola bilər? Allah sizin etdiklərinizdən xəbərsiz deyildir­.” (“Bəqərə” surəsi, ayə 140)
4. Xurafat və cahiliyyət dövrünün adət-ənənələri ilə mübarizə İslam Peyğəmbəri (s) üçün o qədər önəmli idi ki, Məaz ibn Cəbəli Yəmənə göndərdikdə ona belə göstəriş verdi: “Ey Məaz! Camaat arasında cahiliyyət əsərlərini, xurafat əqidə və təfəkkürlərini məhv et, İslamın düşüncə və əqlə dəvəti olan kiçik və böyük sünnələri dirilt.”
5. İslam Peyğəmbəri (s) buyurdu: “Hər bir nəsildə ümmətim arasında əhli-beytimdən bir nəfər vardır ki, dini ğülüvv edənlərin təhrifindən, batil əhlinin yalan iddialarından, cahillərin qeyri-düzgün təvil və təfsirindən qoruyar.” (İbn Babəveyh, c.1, səh. 420)
6. İmam Sadiq (ə) Rəsuli-əkrəmdən (s) belə nəql edir: “Hər bir əsrdə bu dini qorumaq yükü adil insanların üzərinədir. Onlar batil düşüncəlilərin təvillərini, həddi aşanların təhriflərini və nadanların bidətlərini dindən uzaqlaşdırar; necə ki, kürə xalis olmayan dəmiri özündən uzaqlaşdırır.”
Yuxarıda qeyd olunanlardan aydın olur ki, İslam Peyğəmbəri (s) və məsum imamların (ə) əsas diqqəti müsəlmanların ümumi fikrini işıqlandırmağa, onları xurafat və bidətdən usaqlaşdıraraq həqiqi din və sünnəyə yönəltmək olmuşdur.
Son günlərdə Azərbaycan Respublikasında bir məsələ gündəm yaratdı, bu ölkənin sosial şəbəkələri və vitural aləmini özünə cəlb etdi, ölkənin xas adamlarını onun barədə nəzər verməyə sövq etdi. Sözügedən mövzu “qaloş piri” kimi məşhurlaşdı.
Bu məsələ Azərbaycanın müxtəlif bölgələrinin əhalisinin Goranboyun Qurbanzadə kəndinə axışaraq şəfa tapmaq və təbərrük məqsədilə bu kəndin mömin və yaxşı insanlarından olmuş Seyid Mir İbişin şəxsi əşyalarını öz baş və üzlərinə toxundurmasından sonra gündəmə çevrildi.
Mərasimin zahiri forması və Seyidin şəxsi əşyalarına təbərrük etmək üçün yaranmış izdiham həqiqi islamçılar və xalis İslama istehza olunmasına bəhanə yaradır.
Bu ehtimal da vardır ki, sözügedən məsələ İslam düşmənlərinin və onların da başında sionistlərin və mürtəce ərəblərin istiqamətləndirməsi ilə hakimiyyət tərəfindən planlaşdırılmış senari olsun. Bu vasitə ilə şiəliyin simasını ləkələməyə səy edərək, məsələni şiəliyə nisbət verib, onu ağlı baxımdan geridə qalmış və xurafatpərəst kimi qələmə versin. Yaxud ictimai rəyi xalis şiəlikdən öz maraqlarını təmin edən bir səmtə yönəltsinlər. Başqa sözlə, Azərbaycan müsəlmanları və şiələri arasında bu kimi sapındırıcı hərəkətlər planlaşdıraraq özünü Əhli-beyt (ə) məktəbindən süzülüb gələn, zülmlə mübarizəyə, zülmkar qarşısında baş əyməməyə səsləyən xalis şiəliyin təhlükəsindən qorusun.
Ona görə də Azərbaycan Respublikasının bəsirətli, zəkalı və mömin əhalisi daha artıq diqqətli olmalıdır ki, etdiyi hansısa hərəkət şiəliyin süstlüyünə səbəb olmasın, şiə bədxahları və düşmənlərinin dəyirmanına su tökülməsin.
Bu zəminədə Azərbaycanın şiə camiəsinin islamçı və dindarlarının xüsusi vəzifəsi odur ki, xalqın zehinlərini işıqlandıraraq, haqq və həqiqət səmtinə yönəltsinlər, əhalini şiəlikdə xurafatçılıq və müxtəlif bidətlər təhlükəsindən agah etsinlər.
Əlbəttə, bu məsələ ilə bağlı Hacı Şahin Həsənli, Hacı İlqar İbrahimoğlu və s. kimi şəxslərin işıqlandırıcı çıxışları təqdirəlayiqdir, amma digərləri də bu məsələyə diqqət yetirməli, xalis şiəlikdə ağıla zidd olan hərəkətlər barədə məlumatlar verməklə insanların bəsirətini artırmalı, məntiqi mövqe seçməklə şiəliyi xurafat və bidətin dalğalarından qorumalı, düşmənin bu məsələdən suistifadə edərək şiəliyə zərbə vurmasının qarşısını alsınlar.
Qısası, məsum imamlara (ə) və onların qəbirlərinə təbərrük və təvəssül etmək, şəfaət və şəfa istəmək islami təlimlərlə zidd deyil, lakin bunun mənası o deyildir ki, hər yerdə hər kəs bir dükan açaraq şiələrin pak hislərindən suistifadə etsin.
Sözsüz, bu kimi hərəkətlər maddi maraqlar və digər məqsədlər izləməklə yanaşı, müqəddəslərə qarşı təhqir, həqiqi şiəlik əqidəsindən sapınma, cəhalət libası geyinmək, bir sözlə şiəlik üçün geridə qalmış, ağıl və düşüncədən uzaq bir sima nümayiş etdirməkdir.
Bu üzdən “qaloş piri” və s. kimi hər hansı bir məsələ şiələrin müqəddəslərinə ləkə gətirirsə və İslam düşmənlərini sevindirirsə, xalis İslam əleyhinə qarayaxma vasitəsi sayılır və onunla mübarizə aparmaq lazımdır.
  • Yazılıb
  • da (də) 2019 Jun 16
  • Göndərən مدير سايت Aran News