Arannews-RİA-ya istinadən verdiyi xəbərə əsasən, əgər İran nüvə silahına ehtiya duysa idi, ABŞ nüvə silahının əldə edilməsində İrana mane belə ola bilməzdi.
Bu sözləri İranın Ali lideri Ayətullah Xamenei bəyan edib.
“Biz nüvə silahına qarşıyıq, fətvam nüvə silahının yaradılmasını qadağan etdi. Lakin, bilin ki, əgər bizim nüvə silahı yaratmaq məqsədimiz olsa idi, ABŞ bununla bağlı heç nə edə bilməzdi”, - deyə Ayətullah Xamenei Yaponiya Baş naziri Sindzo Abe ilə görüşdə bildirib.
“ABŞ-ın qadağası mane ola bilməzdi”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, ABŞ kimin nüvə silahına sahib ola biləcəyini, kiminsə sahib ola bilməyəcəyini diktə etmək haqqına sahib deyil, çünki ABŞ-ın özünün minlərlə nüvə başlığı var.