Tarix : 2019 Jun 18
Kod 58341

Ermənilər Qarabağda təlimlərə başladılar

Dağlıq Qarabağda separatçı rejim komanda-qərargah təlimlərinə start verib.

Arannews-Axar.az xəbər verir ki, təlimə 10 minə qədər hərbçi cəlb edilib. Təlimdə həmçinin 200 artilleriya sistemi, 150 zirehli texnika, 50 hava hücumundan müdafiə sistemi, 400 avtotexnikanın iştirakı nəzərdə tutulub.

Separatçı rejim təlimdə xüsusilə gecə şəraitində praktik tapşırıqların icrasına və yeni taktiki variantların hazırlığına diqqət yetirəcəyini bildirib. Təlimdə yeni hərbi texnikanın sınaqdan keçiriləcəyi bildirilsə də, bunun hansı texnika olduğu açıqlanmayıb. Üstəlik qondarma rejim yaydığı bəyanatda sınaqdan çıxarılacaq texnikanın Rusiyanın Ermənistana verdiyi silahlar olub-olmayacağına da aydınlıq gətirməyib.

Qeyd edək ki, təlim iyunun 20-nə qədər davam edəcək.

  • Yazılıb
  • da (də) 2019 Jun 18
  • Göndərən مدير سايت Aran News