Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko vəzifəsindən istefa verib.
Arannews-Xəbərdə deyilir ki, bunu, özü jurnalistlərə bildirib.
Nazir istefası barədə qərarın məsləhətləşmələrdən sonra qəbul olunduğunu deyib.
D.Sergeeno istefasına baxmayaraq, hakim komandanın sıralarında qalacağını qeyd edib.
Qeyd edək ki, D.Sergeenko 2012-ci ilin oktyabrından səhiyyə naziri idi.