Tarix : 2019 Jun 20
Kod 58354

Gürcüstanda yeni səhiyyə naziri təyin olundu

Ölkənin məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri vəzifəsinə təyinat olub.
24News.ge xəbər verir ki, bu vəzifə Saçxere klinikasının direktoru Yekaterina Tikaradzeyə həvalə edilib. 
Qeyd edək ki, Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Davit Sergeenko bu gün vəzifəsindən istefa verib. O, 2012-ci ilin oktyabrından bu vəzifəni tutub.
D.Sergeenko isə Baş nazir Mamuka Baxtadzenin müşaviri təyin olunub.
Xatırladaq ki, Y.Tikaradze 2015-ci ilin sentyabrından Saçxere klinikasının direktoru olub. O, 2009-cu ildə xəstəxanaya konsultant kimi dəvət olunub. Y.Tiakaradze Avstriyanın Donau-Universität Krems ali məktəbinin məzunudur. 
  • Yazılıb
  • da (də) 2019 Jun 20
  • Göndərən جهان کمالی