BMT baş katibinin humanitar məsələlər üzrə müavini deyib ki, Yəmən hazırda tarixin ən pis insan faciəsini yaşayır.
Arannews-Mark Lokok qeyd edib ki, Yəmən xalqının yarısından çoxu hazırda humanitar yardımlara ehtiyac duyur.
Lokok əlavə edib ki, Yəməndə insan böhranı ilə mübarizə üçün bu təşkilatın 4,2 milyard dollara ehtiyacı var.
BMT-nin uşaq fondu YUNİSEF də ötən həftə bir hesabatda Yəməndəki faciəli insan durumu barədə xəbərdarlıq edərək, bildirdi ki, hər iki saatdan bir, bu ölkədə bir ana və altı körpə həyatını itirir.
BMT-nin tabeliyində olan Ümumdünya Ərzaq Proqramı da son zamanlar bir hesabatda Yəməndəki insan durumunu olduqca acınacaqlı adlandırıb və müharibə içində olan bu ölkədə on səkkiz milyon nəfərin qida təhlükəsizliyinin olmaması ilə bağlı xəbərdarlıq edibdir.