Tarix : 2019 Jun 21
Kod 58360

Putin mümkün ABŞ-İran müharibəsi barədə danışdı

Putin mümkün ABŞ-İran müharibəsi barədə danışıb

Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Oman körfəzindəki tankerlərlə bağlı insidenti şərh edən Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ABŞ-İran silahlı münaqişəsi region üçün faciə ola bilər.

“Bu, ən azından, region üçün fəlakət olardı. Çünki, bu, zorakılığın sıçramasına və, bəlkə də, regiondan qaçqın sayının artmasına səbəb ola bilər”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, hərbi gücün tətbiqi nəticəsində baş verə biləcək zərərləri hesablamaq olduqca çətindir.

O bildirib ki, hadisələrin bu ssenari üzrə inkişaf etməsini istəmir.

  • Yazılıb
  • da (də) 2019 Jun 21
  • Göndərən جهان کمالی