Tarix : 2019 Jun 21
Kod 58363

Tehran və Bakı məşğulluq və iş yerlərinin yaradılması sahəsində həmkarlıq edəcəklər

İranın kooperasiya, əmək və sosial rifah naziri və Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri məşğulluq və iş yerlərinin yaradılması sahəsində həmkarlığın vacibliyini vurğulayıblar.

Arannews-Mohəmməd Şəriətmədari bu gün Cenevrədə 108-ci beynəlxalq əmək konfransının kənarında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə görüşdə iki ölkə həmkarlıqlarının məşğulluq və iş yerlərinin yaradılması sahəsində genişlənməsini alqışlayaraq, deyib: İran məşğulluq və iş yerlərinin yaradılması sahəsindəki təcrübələrini Azərbaycan Respublikasına ötürməyə və bu ölkə ilə əməkdaşlığa hazırdır.

Şəriətmədari əlavə edib: İran və Azərbaycan Respublikası iqtisadi, sosial təminat təşkilatı və təqaüd fondu bölmələrində də həmkarlıq edə bilərlər.

Sahil Babayev də bu görüşdə bildirib ki, Azərbaycan Respublikası məşğulluq və iş yerlərinin yaradılması sahəsində İranın təcrübələrindən istifadə etmək niyyətindədir.

O, deyib: İki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrin genişlənməsi məşğulluq və iş yerlərinin yaradılması sahəsində həmkarlığın genişlənməsində son dərəcə faydalı olacaqdır.

108-ci beynəlxalq əmək konfransı iyunun onunda İsveçrənin Cenevrə şəhərində başlanıb və iyunun 21-dək davam edəcək.

  • Yazılıb
  • da (də) 2019 Jun 21
  • Göndərən جهان کمالی