Tarix : 2019 Jun 22
Kod 58366

İran və Türkiyə birgə əməkdaşlıq barədə strateji sənəd imzalayıblar

İran və Türkiyənin xarici işlər nazirləri bu gün İranın İsfahan şəhərində birgə əməkdaşlıq barədə strateji sənəd imzalayıblar.

Arannews-iranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ikitərəfli əlaqələr, o sıradan iki ölkənin birgə strateji iqtisadi komitəsinin yaradılması üzrə öncəki razılaşmalar ətrafında fikir mübadiləsi aparıblar.

Zərif bu iclasda iki ölkə əlaqələrinin düzgün və inkişafa doğru yönəlmiş istiqamətdə genişlənməkdə olduğunu bildirərək, deyib ki, Türkiyə xarici işlər nazirinin İrana səfəri iki ölkənin strateji əlaqələrinin planlaşdırılması üçün böyük əhəmiyyət kəsb edir.

İranın xarici işlər naziri həmçinin Tehranın Ankara ilə ticarət həcmini artırmağa hazır olduğunu bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu görüşdə İranda və tarixi və mədəni İsfahan şəhərində olmasından məmnunluq ifadə edərək, deyib: Türkiyə bütün siyasi, iqtisadi və mədəni sahələrdə İranla münasibətləri genişləndirmək əzmindədir.

Energetika, bank və turizm sahələrində həmkarlıqların genişləndirilməsi, Suriya və Yəmənin vəziyyətləri, eləcə də Fars Körfəzindəki son olaylar xüsusiyyət təşkil etməklə ən mühüm regional və beynəlxalq məsələlərin araşdırılması Zərif ilə Çavuşoğlu arasındakı danışıqların digər mehvərlərindən olubdur.

Türkiyənin xarici işlər naziri İranın xarici işlər naziri ilə görüşmək məqsədilə dünən axşamçağı İranın İsfahan şəhərinə daxil olubdur.

  • Yazılıb
  • da (də) 2019 Jun 22
  • Göndərən جهان کمالی