Tarix : 2019 Jun 24
Kod 58379

İstanbul seçkiləri: Ərdoğan İmamoğlunu təbrik etdi

Türkiyənin ən böyük şəhəri olan İstanbulda yenidən bələdiyyə sədri seçkiləri keçirilib

Arannews-islamazeri.com xəbər verir ki, bu gün Türkiyənin ən böyük şəhəri olan İstanbulda yenidən bələdiyyə sədri seçkiləri keçirilib. Bu seçkilər 31 mart tarixində keçirilsə də, hakim partiyanın şikayətindən sonra seçkilərin nəticələri ləğv edilib və yeni seçkilər 23 iyun tarixinə təyin edilmişdi.

İstanbul bələdiyyə sədri postuna əsas mübarizə iqtidarda olan Ədalət və İnkişaf Partiyasından Binəli Yıldırım və müxalif Cümhuriyyət Xalq Partiyasından Əkrəm İmamoğlu arasında baş tutub.

Türkiyə televiziyasının İmamoğlunun 95 faiz irəlidə olmasından sonra Binəli Yıldırım Əkrəm İmamoğlunu təbrik edib.

“Bu ana seçkilərdəki rəqibim Əkrəm İmamoğlunun öndə olduğu görünür. Onu təbrik edirəm. Uğurlar arzulayıram” , -deyə Binəli Yıldırım deyib.

Türkiyə prezidenti də, seçkidə qalib olan İmamoğlunu təbrik edib.

Ərdoğan "İstanbul Böyükşəhər Bələdiyyə Sədrliyi yeniləmə seçimi nəticələrinin İstanbulumuz üçün xeyirlərə vəsilə olmasını arzu edirəm. Milli iradə bu gün bir daha təcəlla etmişdir. Qeyri rəsmi nəticələrə görə seçkinin qalibi olan Əkrəm İmamoğlunu təbrik edirəm", -deyə qeyd edib.

Qeyd edək ki, ANKA agentliyinə görə, açılan 99, 99  faiz sandıqlardan 54.19 faiz Əkrəm İmamoğlu, 44.97 Binəli Yıldırım səs toplayıb.

  • Yazılıb
  • da (də) 2019 Jun 24
  • Göndərən جهان کمالی