"Biz Türkiyə, Rusiya, Çin, Azərbaycan, Hindistan və digər dövlətlərlə ikitərəfli maliyyə sazişləri ilə bağlı danışıqlar aparırıq".
Arannews-Qaynarinfo xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Cavad Zərif deyib.
Nazir bildirib ki, artıq bu ölkələrdən bəziləri ilə anlaşma əldə olunub: "Onlardan bir neçəsi ilə saziş artıq bağlanıb, digərləri ilə bağlanmaq üzrədir”.
Qeyd edək ki, bu saziş ticarət əməliyyatlarında ABŞ dollarından imtinanı nəzərdə tutur.